Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - Daha bir qeyri-müəyyən tender
14 noyabr, 2025 12:26
“Bakı Metropoliteni” QSC Türkiyənin "Metro İstanbul A.Ş." şirkətilə satınalma müqaviləsi imzalayıb.
Müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, müqavilə Bakı Metropoliteninin genişləndirilməsi layihəsi ilə bağlı mühəndislik məsləhət xidmətlərini əhatə edir. Bu xidmətlərə görə “Bakı Metropoliteni” “Metro İstanbul A.Ş.”yə 586 min 500 manat ödəyəcək.











