Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir

30 sentyabr, 2025 12:23

ABŞ administrasiyası İsrailin Qəzzadakı müharibəsini dayandırmaq və bölgənin gələcək idarəetmə modelini müəyyənləşdirmək üçün yeni sülh planı açıqlayıb.

"Azsiyaset" xəbər verir ki, sənəddə diqqətçəkən məqam isə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer və ABŞ prezidenti Donald Trampın Qəzzanın müvəqqəti idarəetməsində əsas fiqurlar kimi göstərilməsidir.

Plan nədən ibarətdir?

Açıqlanan sənədə görə, Qəzza “texnokrat və siyasi cəhətdən neytral Fələstin komitə” tərəfindən idarə olunacaq. Komitə gündəlik ictimai xidmətlər və bələdiyyələrin işinə cavabdeh olacaq. Lakin sənəddə konkret hansı fələstinlilərin bu prosesdə iştirak edəcəyi göstərilmir. HƏMAS isə idarəetmə prosesində iştirak etməyəcək.

Bu komitəyə “Sülh Şurası” adlanan beynəlxalq qurumun nəzarəti altında fəaliyyət göstərəcək. Şuranın sədri Donald Tramp olacaq və üzvlər arasında Toni Bleyer də yer alacaq.

Toni Bleyerin adının bu prosesdə hallanması həm fələstinlilər, həm də beynəlxalq ekspertlər arasında etirazla qarşılanıb. Xüsusilə 2003-cü ildə İraq müharibəsi ərəfəsində “kütləvi qırğın silahları” iddiasına görə Bleyerin böyük tənqidlərə məruz qalması xatırladılıb. Bleyerin bölgədə Britaniya müstəmləkəçiliyindən qaynaqlanan mənfi imici də vurğulanır.

“Biz artıq Britaniya müstəmləkəsini yaşamışıq. Bleyerin adı çəkiləndə hər kəs İraq müharibəsini xatırlayır”, -deyə  Fələstin Milli Təşəbbüsünün lideri Mustafa Barğuti bildirib. BMT-nin xüsusi məruzəçisi Françeska Albaniz isə sərt şəkildə “Tony Bleyer? Əsla! Fələstinə toxunmayın” reaksiyasını verib.

Trampın planı bəzi müsəlman ölkələrinin birgə bəyanatında və Fələstin Muxtariyyətinin açıqlamasında müsbət qarşılanıb. Sənəddə Qəzzanın yenidən qurulması üçün maliyyələşmənin bu idarəetmə orqanı vasitəsilə həyata keçiriləcəyi bildirilib.

Toni Bleyer isə Trampın ideyasını “cəsarətli və ağıllı plan” adlandırıb.

Xatırladaq ki, Qəzzada aylardır davam edən müharibə nəticəsində on minlərlə insan həlak olub, bütün əhali məcburi köçkün vəziyyətinə düşüb.

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp09:56 - Böyük Britaniya, Avstraliya və Kanada Fələstini tanıdı

16 sentyabr

16:47 - Dörd ölkədən Azərbaycana qadağa - Mallar geri qaytarıldı16:46 - Azərbaycan Rusiyadakı müsabiqədən imtina etdi14:54 - "Veysəloğlu-Distribusiya" ucqar kəndlərdə məktəblilərə dəstəyini dəstəyini davam etdirir14:38 - Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı

15 sentyabr

12:12 - "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb" - Paşinyan12:10 - Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır?12:06 - Prezident Xocalı sakinləri ilə görüşdü...

12 sentyabr

12:34 - "Polyakların yalnız 10 faizi döyüşməyə hazırdır" - Ukraynalı general12:33 - ABŞ Zəngəzur dəhlizi üçün Ermənistana 145 milyon dollar ayıracaq