Dövlət Dəniz və Liman Agentliyi məsuliyyəti niyə boynundan atır? - FOTOLAR

15 iyul, 2024 10:24

Bugünlərdə Böyük Britaniyanın paytaxtı Londonda mənzil qərargahı olan və mülki gəmiçilik məsələlərini tənzimləyən əsas beynəlxalq təşkilat sayılan Beynəlxalq Dəniz Təşkilatının (IMO) Azərbaycanı “qara” siyahıya salması ilə bağlı məlumat vermişdik. Hətta bu barədə müvafiq bildirişin cari ilin may ayının sonunda dərc edildiyini də xatırlatmışdıq.

Məlumatdan görünür ki, ölkələr siyahı üzrə 3 qrup üzrə təsnifatlandırılır: “ağ ”, “boz” və “qara” siyahıda olanlar. Təəssüflə qeyd etməliyik ki, Beynəlxalq Dəniz Təşkilatının qərarı ilə Azərbaycan – Palau, Beliz, Tanzaniya və Toqo kimi 12 ölkə ilə birlikdə təşkilatın “qara” siyahısına salınıb.

Maraqlıdır ki, bu müddət ərzində beynəlxalq qadağanı tətbiq edən qurumla münasibətlərə və oradakı bayrağımızın statusuna cavabdeh olan Dövlət Dəniz və Liman Agentliyi bu xoşagəlməz hadisənin səbəb və nəticələrini, eləcə də bu vəziyyətdən necə çıxacağımızın yolları barədə ictimaiyyətə heç bir məlumat və izahat verməyib.

Bu məlumat tərəfimizdən tirajlanandan sonra, sözügedən qurumun Mətbuat xidmətinin rəhbəri Pərvanə İmanova Azinforum.az-a açıqlamasında bildirdi ki, sorğu etdiyimiz mövzu ilə bağlı onlar heç bir məsuliyyət daşımır, çünki bu məsələ onların yox, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin səlahiyyətinə aid olan məsələdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumu kimi fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Dəniz Təşkilatında dövlətimizi təmsil edən qurum olduğunu nə tez unudub? Qurumun rəsmi saytında onların Beynəlxalq Dəniz Təşkilatının 11-ci sessiyasında ölkəmizi təmsil etməsi fəxrlə tirajlanıb. Hətta bu məlumatı əks etdirən fotolar qurumun rəsmi saytında ən görünən yerdə yerləşdirilib. Belə çıxır ki, yaxşı nəticələr olanda bu qurum beynəlxalq təşkilatla əməkdaşlığından fəxarətlə danışır, ancaq mənfi nəticələrlə bağlı bütün məsuliyyətdən boyun qaçırır?

Çox maraqlıdır ki, bizim Dövlət Dəniz və Liman Agentliyinə onların birbaşa səlahiyyətlərinə aid olan məsələ ilə bağlı ünvanladığımız sorğuya cavabı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC verib. Biz bu cavabı bizim ilkin məlumatımızı tirajlayan başqa bir saytda gördük. Qurumun bizə ünvanladığı mövqeyində ölkəmizin adının “qara” siyahıya salınması təkzib edilməyə çalışılır.

Göründüyü kimi, təqdim olunan və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu dəqiq fakta qəribə münasibət sərgilənir. Cavab verməli olan əsas qurum məsuliyyəti boynundan atır. Biz isə yazdığımızın tam həqiqət olduğunu sözügedən qurumların diqqətinə daha aydın çatdırmaq üçün, daha bir mötəbər dəlil ortaya qoyuruq. Təqdim olunan sənədlərdən bir daha aydın olur ki, siyahı məhz Beynəlxalq Dəniz Təşkilatı tərəfindən açıqlanıb.

Təəssüflər olsun ki, ikinci şəkildə biz Azərbaycanın adını “qara” siyahıda görürük. Çox yaxşı olardı ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi özünün alt qurumu kimi tabeçiliyində olan Dövlət Dəniz və Liman Agentliyinə öz səlahiyyət sferalarını bir qədər ətraflı izah edərdi…

Azinforum.az

 

20 yanvar

13:13 - "ABŞ İrəvanın qarantı ola bilməz, heç xəritədə tapmırlar" - Ceyms Karden13:11 - Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı13:09 - Prezident Şəhidlər xiyabanında - FOTOLAR

17 yanvar

11:38 - Minsk Qrupu yaya qədər buraxıla bilər11:36 - Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək11:35 - Azərbaycanda "Nürnberq prosesi" başlayır

16 yanvar

15:34 - ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...15:32 - Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...15:30 - Sənubər Nəzərova Departament rəhbəri təyin edildi14:31 - Gürcüstanın baş naziri Azərbaycana niyə gəlir?14:29 - Əliyev-Paşinyan görüşü keçirilə bilər14:26 - Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı - Tendersiz

15 yanvar

11:40 - ABŞ-Ermənistan strateji sazişi - TAM MƏTN11:38 - ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması 11:37 - Cənubi Koreya Prezidenti həbs olundu

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi