"Nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır" - Nazirə sərt ittiham

09 oktyabr, 2024 14:11

Elm və təhsil naziri Emin Əmrullayev cəmiyyətimizi yenə təəccübləndirdi: "Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" - deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir". 

Nazirin bu fikirlərində həqiqət payı var. Azərbaycanda elmin mənzərəsi necədir? Təxminən 30 il bundan əvvəl Elmlər Akademiyasının həndəvərində rastlaşanların bir-birinə sualı belə olurdu. “Müdafiə edə bildinmi?” Əlbəttə ki, söhbət fəlsəfə doktoru elmi dərəcəsindən gedirdi. İndi sual belədir: “Doktorluğu müdafiə etdinmi?” Yəni elmlər doktoru dissertasiyası elmi dərəcəsini almaq bu qədər urvatsızlaşıb. İndi gələk səbəb-nəticə əlaqələrinə: 

Elmdə qohumbazlıq: Elmdə qohumbazlıq amili Azərbaycan qədər bəlkə dünyanın  heç bir ölkəsində yoxdur. AMEA-nın nəzdindəki İqtisadiyyat İnstitutunda bir qoca iqtisadçı var. Bütün qohum-əqrəbası elmlər doktorudur. Yaxud kimya istiqamətli bir institutun direktorunun bütün qohum əqrəbası elmlər dokturudur. Universitetlərdə də analoji vəziyyət hökm sürür.  vakansiya

Elmdə yerlipərəstlik: Elmi tədqiat institutunun direktorları anadan olduğu bölgədən olan adamlara elmi dərəcələr almaq və vəzifə tutmaq üçün bütün şəraiti yaradırlar. Yaxud ötən əsrdən etibarən universitetlərdəki kafedralara diqqət edin. Kafedra müdirləri anadan olduğu rayondan olan alimləri başına toplayırdı. Bu epidemiya indi də var. Mən bir Özəl Ali məktəb tanıyıram ki, bütün əməkdaşlar eyni bölgənin adamlarıdır. 

Elmdə maddiyyat: Elmlə məşğul olmaq kasıbın işi deyil. Bütün dünyada istedadlar rəğbətləndirilir və dövlət onları qanadının altına alır. Çünki hər bir dövlət üçün inkişafı şərtləndirən əsas göstərici insan kapitalıdır. Orta məktəblərin yuxarı siniflərindən ən istedadlıları tanıyıb onların təhsilinə və elminə dəstək verilməlidir. Onlar maddiyyat ucbatından sönməməlidirlər. Biz onu etmədikcə digər ölkələr onları tapıb əlimizdən alırlar. Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam yazırdı:  “Gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər.” 

E.Əmrullayev məhsuldarlıqdan danışır. AMEA-nın həqiqi və müxbir üzvlərinin bioqrafiyalarına diqqət edin: Orada əsas fəaliyyətlərdən biri kimi yetişdirdirilən alimlərin sayı göstərilir, yəni kəmiyyət faktoru. Və sanki yarış gedir. Təbiət və fundamental elmlər sahəsində bir müasir laboratoriya belə yoxdursa, hansı elmi məhsuldarlıqdan danışmaq olar. Qalır alimlərimizin elmi inkişaf etmiş ölkələrin alimləri ilə müştərək məqalələri. Bu tendensiya ilə də az rastlaşırıq. Dünya humanitar elmlərə fənlərarsı yanaşma tədqiqatı kimi baxır. Bu istiqamətdə də gerilik açıq-aşkar hiss olunur. 

Dissertasiya yazdırmaq: Bu hal artıq metastaz vəziyyətindədir. Uşaqlarını qəbul imtahanlarına hazırlaşdıran valideynlər ən yaxşı repetitor axtardıqları kimi, könlündən alimlik keçənlərin tam əksəriyyəti isə normal qiymətə problemsiz dissertasiya yazan axtarırlar. AMEA-nın Fəlsəfə İnstitutunda 10 il Seminar üzvü olmuşam. Müdafiəyə gələnlərin 99 faizi dissertasiyasını üzündən oxuya bilməyib. 

Emin müəllimin yuxarıdakı fikrini bir qədər metaforalaşdırsaq deyə bilərik ki, Ali Attestasiya Komissiyası alimlərin deyil, elmi dərəcəlilərin sayını artırır. Təəssüflər olsun ki, E.Əmrullayev Famil Front oğlu Mustafayevlə bu mövzunu müzakirə edə bilmir. 

Ən əsası - Dövlət elmin bütün sahələrində aparılan tədqiqatlarla maraqlanmalıdır. Əhəmiyyətli tədqiqat istiqamətləri stimullaşdırılmalıdır. Elm və təhsil nazirliyinin nəzdində olan institutların birləşdirilməsi məsələsinə baxılmalıdır. Elm sahələri üzrə yeni paradiqmaların öyrənilməsi elm və təhsil  gündəmimizi zəbt etməlidir. Sual belə qoyulmalıdır. Biz hansı sahələrdə elmi - nəzəri tədqiqatlar apara bilərik? Alimlərimiz nə üçün Elmin populyarlaşdırılmasına ögey münasibət bəsləyirlər? Bütün bunlar onu göstərir ki, mövcud durumumuz və potensialımız elə görünən kimidir.

P.S. Kaş ki, Emin Əmrullayevin də alimlik dərəcəsi olaydı. Onda məhsuldarlığın nə olduğunu gözəl bilərdi. İndi nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır... 

Etibar Əliyev, 

Fəlsəfə doktoru 

08 noyabr

17:38 - "Qərb istəyirdi ki, Azərbaycan işğalla barışsın" - Prezident17:36 - "Tramp Ukraynaya dəstəyi dayandıracaq" - Orban17:35 - Xarici İşlər Nazirliyi Fransaya çağırış etdi17:32 - Zəfər parkının açılışından - FOTOLAR17:21 - "Mayak" Karqo Şirkəti Zəfər Günü münasibətilə qazilərlə görüş keçirib - VİDEO

07 noyabr

21:07 - Bakıda plastik cərrahiyyə ilə məşğul olan "həkim"in müvafiq sertifikatı yox imiş - Rəsmi21:05 - Azərbaycanın qeyri-neft-qaz ixracı artıb21:01 - Trampın Ağ Evə qayıdışı dünya liderlərinə necə təsir edəcək? - "Bloomberg" nəşri20:59 - Pezeşkiandan Trampın prezident seçilməsinə münasibət...20:57 - "Azərişıq"dan 100 milyonluq tenderlər udan şirkətin nə saytı, nə də sosial şəbəkə hesabı var

06 noyabr

18:46 - Azərbaycanın 30 yaşlı yerli və özəl şirkətlərini tanıyırsınızmı? - VİDEO11:59 - Prezident Bişkekdəki Zirvə Görüşündə...11:57 - Dövlət Xidməti eyni səbəbə görə "Bravo"nu 5-ci dəfə cərimələdi11:56 - Tramp siyasi qələbəsini elan etdi

04 noyabr

10:57 - ABŞ seçkilərində Trampın qalib gəlməsi Pekinə sərf edir - "Bloomberg" nəşri10:52 - "Vardanyan Azərbaycanda 30 illik erməni - rus layihəsinin siması oldu" - "Euronews"10:44 - Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu

29 oktyabr

16:14 - Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirəyə çıxarılır16:11 - "Qarabağa köçən ailələrə niyə torpaq verilmir?" - Deputatdan etiraz16:09 - "MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb"

24 oktyabr

13:40 - 7 ölkə Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı - "Politico" nəşri13:37 - 43 ay sonra PKK lideri ilə ilk görüş - Nələr danışılıb?13:33 - İlham Əliyev BRİCS Sammitinin ilk plenar iclasında - FOTOLAR10:12 - Hansı marketlərdən alış-veriş edirsiniz? - SORĞU

21 oktyabr

16:27 - Ermənistanda Azərbaycanla bağlı bu sənəd təsdiqləndi16:25 - AMEA ilə bağlı cinayət işi başlandı - Ramiz Mehdiyevdən açıqlama16:16 - Rusiyadan 1 manat 3 qəpiyə alınan benzin əhaliyə 1 manat 10 qəpiyə satılır

20 oktyabr

18:52 - "Qarabağda əməliyyat BMT qətnamələri əsasında keçirilib" - Simonyan18:50 - İran Qərbi Azərbaycanda hasar çəkəcək18:48 - "Müharibəyə hazırlaşın!" - Çin lideri