Fəzail Ağamalıya 6 ay vaxt verilib...

17 dekabr, 2024 16:06

"Parlament seçkilərindən sonra çox qəribə bir mənzərə ilə üz-üzə qaldıq, deyirdilər ki, Fəzail Ağamalı getdi, qızı gəldi. Yaxşı, Fəzail Ağamalı və yaxud digərləri öz övladına seçiminə, özünün tutmuş olduğu vəzifəyə görə, daşıdığı səlahiyyətə görə qadağa qoymalıdır? Bu nə dərəcədə doğrudur, nə dərəcədə ədalətlidir?"

Bunu sabiq deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qızı Günay Ağamalının deputat seçilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Günay Ağamalı Azərbaycanda vətəndaşıdır, seçmək və seçilmək hüququ var və o da bu bu hüquqlardan istifadə edib.

"Onun seçilib-seçilməməsi qabiliyyətindən, seçki kampaniyasında özünü təqdimetmə səviyyəsindən və təbii ki, Ana Vətən Partiyasının (AVP) və mənim indiyədək millət vəkili kimi göstərmiş olduğum xidmətlərin nəticələrindən asılıdır. Bütün bu şərtlər, elementlər yığışdı və nəticə etibarilə o, seçkilərdə uğur qazana bildi. Açığı deyim ki, o, mənim gözlədiyimdən də daha uğurlu kampaniya apardı. Bir neçə aydır parlamentdədir və kifayət qədər fəallığı var. Ümidvaram ki, o, özünü yüksək səviyyədə təqdim edəcək və etimadı doğruldacaq. Ancaq bütün varlığı, bütün ruhu ilə Azərbaycan dövlətinə, xalqına bağlı övladdır", - sabiq depuat RTV-də yayımlanan verilişdə bildirib.

Fəzail Ağamalı bir müddət əvvəl adının çəkildiyi məhkəmə işindən də danışıb. Belə ki, bir müddət əvvəl Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib. İddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır. 

O bildirib ki, 2019-cu ildə mübahisə predmeti olan kredit 2019-cu ildə götürülüb və maldarlıqla bağlı layihəyə sərf olunub. Fəzail Ağamalı götürülən kreditin məbləğinin çox da böyük olmadığını qeyd edib. Sabiq deputat 2020-ci ildə başlayan pandemiyaya görə layihənin yarımçıq qaldığını vurğulayıb. 

Partiya sədri deyir ki, kreditin pandemiya qədərki hissəsi aybaay ödənilib, ancaq pandemiyadan sonrakı hissəi ödənilməmiş qalıb. O, kredit şirkətinin rəhbərliyi ilə danışıdığını bildirib: "Məhkəməyə veriləndən sonra biz şirkətlə yenidən əlaqə saxladıq. Onlarla müqavilə imzaladıq. Şirkət məhkəmədən imtina etdi və ödəmək üçün 6 ay vaxt verilib".

Fəzail Ağamalının sözügedən məhkəmə çəkişməsinin mətbuatda geniş rezonans doğurmasının qəribə olduğunu deyib.

"Parlament seçkilərində məni guya vurmaq üçün deyirdilər ki, Fəzail Ağamalının Kiyevdə meyvə bazarı var, Xətai Rayon İcra Hakimiyyətinin yanında 3 mərtəbəli villası var. Sonradan bəlli oldu ki, o villa Xətai Rayon Məhkməsinə icarəyə verilib, sahibi vaxtilə Naxçıvan Gömrük Komitəsinin sədri olub. Mən səmimi şəkildə etiraf edirəm ki, mən və mənim ailəm alın tərimizlə yaşamışıq. Bizim bu gün yaşadığımız evdən başqa, bir balaca - 4 sot yarım qeyri-yaşayış sahəsi var, vəssalam. Elə düşünürlər ki, Fəzail Ağamalı 30 il deputat olubsa, onun 30 yerdə mülkiyyəti olmalıdır, 30 yerdə biznesi olmalıdır. Bəlkə də elələri var, amma mən belələrindən deyiləm. Bu, mənim bu yaşımda səmimi etirafımdır. Olsaydı deyərdim, kimdir onları mənim əlimdən alan. Oğlum bizneslə məşğul ola bilirdisə, Azərbaycan qanunvericiliyi buna imkan verir, deyərdim oğlumun biznesi var. Qızım deputat olana qədər kifayət qədər məşhur bağça fəaliyyəti ilə məşğul olub".

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı