Problemli kreditlər: bank tələb edir, əhali qaytara bilmir - Problem necə çözüləcək?

04 dekabr, 2024 14:53

Xəbər verdiyimiz kimi, Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9 faiz artıb. Belə ki, 2024-cü il noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib. Mərkəzi Bankdan bildirilib ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 9.6 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 8.9 faiz artıb. Vətəndaşlar isə gecikmiş kreditlərin artmasının səbəbini faizlərin çox olması ilə əlaqələndirirlər.

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli bakupost.az -a açıqlamasında deyib ki, insanlar işsizlik, sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Lakin verilən bu kreditlərin faizləri yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır:

"İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür”.

Natiq Cəfərli qeyd edib ki, problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma heç bir addım atılmır:

“Ümumiyyətlə, Azərbaycanda bank sferasına, kredit siyasətinə diqqət ayırmaq lazımdır. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın. İpoteka, istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyatın çarxları daha tez dönməyə başlayacaq. Problemli kreditlərin azalmasını müşahidə edəcəyik. Kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq”.

Ekspert vurğulayıb ki, istehlak kreditinin faizləri və həcmi ilə bağlı beynəlxalq aləmdə qəbul olunan norma və proporsiyaların pozulmamasına çalışmaq lazımdır:

“Biznes, kommersiya kreditlərinin artmasına çalışmaq lazımdır. Yəni iş yerlərinə, istehsal sahələrinə verilən kreditlər daha da artmalıdır. Ancaq təəssüf ki, bizdə istehlak kreditləri kredit portfelinin bəzən yarıdan çoxunu təşkil edir”.

20 yanvar

13:13 - "ABŞ İrəvanın qarantı ola bilməz, heç xəritədə tapmırlar" - Ceyms Karden13:11 - Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı13:09 - Prezident Şəhidlər xiyabanında - FOTOLAR

17 yanvar

11:38 - Minsk Qrupu yaya qədər buraxıla bilər11:36 - Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək11:35 - Azərbaycanda "Nürnberq prosesi" başlayır

16 yanvar

15:34 - ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...15:32 - Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...15:30 - Sənubər Nəzərova Departament rəhbəri təyin edildi14:31 - Gürcüstanın baş naziri Azərbaycana niyə gəlir?14:29 - Əliyev-Paşinyan görüşü keçirilə bilər14:26 - Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı - Tendersiz

15 yanvar

11:40 - ABŞ-Ermənistan strateji sazişi - TAM MƏTN11:38 - ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması 11:37 - Cənubi Koreya Prezidenti həbs olundu

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi