Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO
44 günlük müharibədən sonra Qarabağ qazilərinin problemlərinin həlli, onların sosial həyat təminatının yaxşılaşdırılması, dövlətin dəstəyi ilə onlar üçün biznes sahələrinin yaradılması və məşğulluq proqramlarına cəlb edilməsi əsas prioritetlərdən biridir. Heç şübhəsiz, zaman-zaman qazilərin etirazlarının da şahidi oluruq. Təəssüf ki, bu etirazlar müxtəlif resurslar tərəfindən xaotik şəkildə təqdim olunur, amma bu etirazlar qazilərlə bağlı heç bir işin görülmədiyi anlamına gəlmir. Vətən müharibəsindən sonra 13 min qazinin məşğulluğunun təmin edilməsi istiqamətində olduqca əhəmiyyətli işlər görülüb. Dövlət başçısının tapşırığı ilə qazilərə fərdi evlər verilib, onların müalicə prosesləri ilə bağlı ardıcıl işlər həyata keçirilib, kiçik ailə təsərrüfatları formalaşdırılıb. Statistika göstərir ki, qazilərin məşğulluq məsələlərinin həllində də dövlət və özəl şirkətlər aktiv səy göstəriblər. Dövlət qurumları ilə bərabər özəl müəssisələr də Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır. Araşdırmalar göstərir ki, böyük şirkətlər qazilərin işlə təminatı məsələsini kadr siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyələşdirib.
Qazilərin məşğulluğunda özəl müəssisələrin rolu haqqında Post TV-nin hazırladığı materialı təqdim edirik: