"Veysəloğlu" Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir - FOTOLAR

02 dekabr, 2024 22:14

Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan Veysəloğlu Şirkətlər Qrupu Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir. Yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu artıq Naxçıvan ərazisində 3 “Araz” və 8 “OBA” marketini açıb. Bununla  “OBA” marketlər  şəbəkəsi həm də özünün sayca 1500-cü marketini Naxçıvanda açmış oldu.

"Azsiyaset" xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu mağaza açılışları ilə artıq Muxtar Respublikada 150 yeni iş yerinin yaradılmasını təmin edib. Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi hədəfləyir.

Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Naxçıvan şəhərinin Nəsrəddin Tusi 11 küçəsində, 1500 kvadrat metr sahəsi olan yeni mağazasının açılışını edib. Bununla da “Siz harada, Araz orada” şüarı ilə fəaliyyət göstərən “Araz” supermarketlər şəbəkəsinin Muxtar Respublika ərazisindəki mağazalarının sayı 3-ə çatdı.

“Araz” supermarketlər şəbəkəsinin Naxçıvandakı yeni filialının açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Fuad Nəcəfli Naxçıvanda fəaliyyətə başlayan “Araz” mağazası ilə tanış olub və açılış mərasimində çıxış edərək təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, Şirkətlər Qrupu Naxçıvanda “Araz” və “OBA” marketlər şəbəkələrinin 13 mağazasını istifadəyə verib və bununla da Naxçıvanda 150 yeni iş yeri yaradılıb. Aydın Talıbov qeyd edib ki, yeni istifadəyə verilən marketlərin hər birində müasir alış-veriş standartları və yüksək keyfiyyətli xidmət şəraiti yaradılıb: 

“Veysəloğlu Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi planlaşdırır. Mağazalarımızın sayını artırmaqla biz Muxtar Respublikada yeni iş yerlərinin açılmasına, burada iqtisadiyyatın digər sahələrinin inkişafına töhfələrimizi davam etdirəcəyik”. Naxçıvan şəhəri Nəsrəddin Tusi 11 küçəsində istifadəyə verilən superstore formatlı yeni “Araz” mağazasının açılış lentini Aydın Talıbov və atası Veysəl Talıbov kəsib.

Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi isə Naxçıvanın Kəngərli rayonunda 1500-cü marketinin möhtəşəm açılışını edib. Marketin açılışında Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbovla yanaşı, Kəngərli Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və kənd nümayəndələri iştirak edib. Artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur regionlarında “yaxın və qənaətli qonşunuz” şüarı ilə fəaliyyətə başlayan “OBA”, keyfiyyətli məhsulları və sərfəli qiymətlərlə müştərilərinin xidmətindədir.

20 yanvar

13:13 - "ABŞ İrəvanın qarantı ola bilməz, heç xəritədə tapmırlar" - Ceyms Karden13:11 - Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı13:09 - Prezident Şəhidlər xiyabanında - FOTOLAR

17 yanvar

11:38 - Minsk Qrupu yaya qədər buraxıla bilər11:36 - Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək11:35 - Azərbaycanda "Nürnberq prosesi" başlayır

16 yanvar

15:34 - ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...15:32 - Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...15:30 - Sənubər Nəzərova Departament rəhbəri təyin edildi14:31 - Gürcüstanın baş naziri Azərbaycana niyə gəlir?14:29 - Əliyev-Paşinyan görüşü keçirilə bilər14:26 - Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı - Tendersiz

15 yanvar

11:40 - ABŞ-Ermənistan strateji sazişi - TAM MƏTN11:38 - ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması 11:37 - Cənubi Koreya Prezidenti həbs olundu

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi