Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...

13 dekabr, 2024 14:37

“Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma çox təəssüflər olsun ki, bu gün də bu məsələ həllini tapmayıb".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Bəxtiyar Əliyev deyib.

O əlavə edib: "Bir çox tikinti şirkətləri bu istiqamətdə vətəndaşların çox böyük etimadını qazanıb, əmlakın dövlət reyestrində qeydiyyat məsələlərini həll edir və mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan dövlət reysteri xidmətindən çıxarışların alınmasında heç bir problemlərlə üzləşmirlər. Amma elə şirkətlər də var ki, onların dəfələrlə məhkəmələr olub, cinayət işləri qaldırılıb.

Eyni zamanda, Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqlədiyi tikinti layihələrinə tikinti zamanı müəyyən dəyişiklik edirlər ki, bunlar da vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Əvvəl bağlanmış müqavilələrdə göstərilmiş və komitə tərəfindən təsdiq edilmiş layihələrlə dövlət reyestri xidmətində mənzillər qeydiyyata alınan zaman uyğunsuzluqlar əmələ gəlir. Çünki istər Mənzil Məcəlləsində, istər Nazirlər Kabinetinin təsdiq etdiyi normalar var ki, mənzillərin ölçüləri uyğun gəlmir.

Çox təəssüf ki, bəzi şirkətlər var ki, mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında hər hansısa bir mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Bu da imkan verəcək ki, Komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməyəcək, vətəndaşların hüquqları qorunacaq".

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı