Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes"

10 mart, 2025 14:17

Artıq bir müddətdir Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması müzakirə edilir.

Bunu ABŞ-nin "Forbes" jurnalı yazıb.

Məqalədə qeyd olunub ki, adıçəkilən sənədə qoşulmaq üçün namizəd olan ölkələrdən biri də Azərbaycandır.

Bildirilib ki, bu məqsədlə martın 17-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə gedəcək. Heyətə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri də daxildir. Səfər çərçivəsində İsrailin "Tamar" qaz yatağında 10% paya malik olmaq üçün əvvəlcədən elan edilmiş saziş imzalanacaq. Eyni zamanda Livanla sərhəd yaxınlığında iki iri enerji layihəsinin anonsu veriləcək. Layihələrin təfərrüatları, şərtləri, eləcə də müddəaları hələ açıqlanmayıb. Jurnalın İsraildəki etibarlı mənbələri bildirib ki, SOCAR-ın tərəfdaşı BP-nin də bu yeni layihədə iştirakı istisna deyil.

"Tamar" qaz yatağı Hayfadan təxminən 90 km qərbdə, dənizdə yerləşir və yataqdakı təbii qaz ehtiyatlarının təxminən 389 milyard kubmetr olduğu güman edilir. ABŞ-nin ən böyük karbohidrogen istehsalçılarından olan "Chevron", "Tamar"ın 25%-nə sahibdir. Bu şirkət də SOCAR-ın konsorsiuma qoşulmasına razılıq verib.

Enerji və geoiqtisadiyyat üzrə ekspert Vesli Aleksandr Hill qeyd edib ki, bu gün İsrailin enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığını genişləndirməsi müdafiə, enerji, mədəniyyət, hava nəqliyyatı, o cümlədən xarici siyasət sahəsində otuz ildən artıqdır davam edən səmimi münasibətlərin nəticəsidir.

Martın 5-də İsrail Baş nazirinin ofisi bəyan edib ki, rəsmi Təl-Əviv, Bakı və Vaşınqton arasında üçtərəfli əməkdaşlıq üçün güclü təməl yaradılması istiqamətində iş aparılır. Hökumət adından çıxış edən milli missiyalar naziri Orit Strok isə Azərbaycanla strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Knessetin (İsrail parlamenti) təşəbbüsünü güclü şəkildə dəstəklədiyini bildirib:

"Azərbaycan Qafqaz regionunda İsrailin əsas strateji müttəfiqidir və ikitərəfli münasibətlər təhlükəsizlik, ticarət, texnologiya, enerji və kənd təsərrüfatı sahələrini əhatə edir. İllər ərzində bu əlaqələr regional sabitliyin qarşılıqlı anlaşılması və hər iki ölkənin rifahı naminə əməkdaşlıq əsasında daha da möhkəmlənib".

Məqalədə vurğulanıb ki, İsrail-Azərbaycan enerji alyansının gücləndirilməsi və Bakının "İbrahim Sazişləri" çərçivəsinə daxil edilməsinə dair məlumatlar rəsmi Tehranı narahat edir. İran bu əlaqələri ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirir:

"Bir çox siyasi məsələdə Azərbaycan Tehran üçün "ən pis kabus" hesab olunur. Çünki rəsmi Bakı Tehran rejiminin əsas şüarı olan "İsrailə ölüm, Amerikaya ölüm" siyasətinə əl atmadan geosiyasi ambisiyalarını irəli aparır. Azərbaycan yəhudi dövləti ilə səmərəli əməkdaşlıq qurub. ABŞ və Avropa ilə işgüzar münasibətlərə malikdir".

Müəllif məqaləsində martın 1-də İranın dövlət mediası olan "Iran Daily" qəzetində dərc olunan "İsrailin Azərbaycanda artan izi təhlükə siqnalı yaradır" sərlövhəli yazıya da toxunub. Qeyd edib ki, həmin məqalədə Azərbaycanın ambisiyalarını alt-üst etmək üçün yaranmaqda olan İsrail-Azərbaycan-ABŞ alyansına qarşı tədbirlər təklif olunub. Bunlara Azərbaycanın "İbrahim Sazişlərinə" daxil edilməsinə qarşı lobbiçilik fəaliyyəti, Xəzər dənizi vasitəsilə Azərbaycanı Mərkəzi Asiyaya birləşdirəcək Orta Dəhliz tranzit marşrutuna beynəlxalq dəstəyi zəiflətmək kimi addımlar daxildir. Bunun üçün İran Rusiya ilə birbaşa şimal-cənub marşrutunu təşviq etməyə cəhd göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 18-də Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. "The Jerusalem Post" nəşri bu görüşü rəsmi Bakının "İbrahim sazişləri"nə qoşulması məsələsinin qeyri-rəsmi müzakirəsi kimi dəyərləndirilmişdi.

Digər tərəfdən, ABŞ-nin yəhudi icmasının 50-dən çox ravvini Avraam razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər. Ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər. Müraciətdə həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi ilə qeyd olunub.

Qeyd edək ki, "İbrahim Sazişləri" (Abraham Accords) 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail ilə bir neçə müsəlman ölkəsi arasında imzalanmış diplomatik sazişlər paketidir. Bu sazişlər çərçivəsində İsrail Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Sudan və Mərakeşlə rəsmi diplomatik əlaqələr qurub.

25 aprel

14:35 - "Avropada müharibə psixozu var" - Orban14:33 - Nazirdən Fransa və Ermənistanda bayrağımızın yandırılmasına reaksiya...14:28 - "Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır" - İlham Əliyev14:25 - Nizami RİH başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edib - FOTOLAR

23 aprel

14:40 - Erm'ni deputatdan "soyqırımı" açıqlaması...14:34 - Prezidentin rəsmi qarşılanma mərasimindən - FOTOLAR14:33 - Keçmiş SSRİ və region ölkələrində maaşlar - Azərbaycan sonunculardandır

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"