Qafanda konsulluğun açılışı gələn aya qaldı
09 aprel, 2025 15:36

Rusiya bu ilin mayına qədər Qafanda baş konsulluğun açılış vaxtı barədə konkret razılaşmalara nail olmağı planlaşdırır.
Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova danışıb.
Onun sözlərinə görə, bu, ticarət və investisiya, ictimai-təhsil, mədəni-humanitar əməkdaşlığın dərinləşməsinə, bu ərazi ilə Rusiyanın regionları arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına təkan verəcək.