43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI

15 mart, 2025 15:47

ABŞ Prezidenti Donald Tramp 43 ölkənin vətəndaşlarının Amerikaya girişinə yeni məhdudiyyətlər tətbiq etməyi düşünür.

Bu barədə “The New York Times”a ABŞ hökumətindəki müzakirələrlə tanış olan rəsmilər bildirib.

Mənbələrin məlumatına görə, vətəndaşları məhdudiyyətlərə məruz qalma riski ilə üzləşən ölkələrin siyahısını ABŞ Dövlət Departamenti təhlükəsizlik xidmətlərinin nümayəndələri ilə birlikdə hazırlayıb. Sənədə əsasən, üç kateqoriya ölkələr nəzərdə tutulur: qırmızı, narıncı və sarı. Bu markerlər ABŞ-yə girişə qoyulan məhdudiyyətlərin dərəcəsini göstərir.

“Qırmızı” kateqoriyaya daxil olan ölkələrin sakinləri bundan sonra ABŞ-yə giriş icazəsi ala bilməyəcəklər, “narıncı” kateqoriyada olanlara yeni məhdudiyyətlər tətbiq olunacaq, “sarı” kateqoriyadakılara Tramp administrasiyasının müəyyən etdiyi problemləri aradan qaldırmaq üçün 60 gün vaxt veriləcək. Şərtlər yerinə yetirilməsə, bu ölkələr “narıncı” kateqoriyaya keçəcək.

Vətəndaşlarının ABŞ-yə girişinə yeni məhdudiyyətlər qoyulacaq ölkələrin ilkin siyahısı:

“Qırmızı” - Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela, Yəmən;

“Narıncı” - Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Sierra Leone, Cənubi Sudan, Türkmənistan;

“Sarı” - Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Kamboca, Kamerun, Kabo Verde, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominikan, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Kits və Nevis, Sent-Luis, San-Tome və Prinsipi, Vanuatu və Zimbabve.

Bundan əlavə, yeni siyahıya 2021-ci ildə ABŞ qoşunlarını ölkədən çıxardıqdan sonra Talibanın nəzarətinə keçən Əfqanıstan da daxil ola bilər.

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?