Husilərə görə Ər-Riyadda məktəblər bağlandı
27 sentyabr, 2026 17:09
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı məktəblər husilərin hücumları səbəbindən distant təhsilə keçib.
Bu barədə AFP məlumat yayıb.
Məlumata görə, sentyabrın 27-də valideynlər distant təhsilə keçidlə bağlı bildirişlər alıblar. Təhsil müəssisələri bütün həftə ərzində bağlı olacaq.











