Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN
13 iyul, 2026 13:08
Türkiyə xarici işlər nazirinin İran-İsrail müqayisəsi təəccüblüdür!
Bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
O, Hakan Fidanın sözügüdən iki dövlət barədə fikirlərini şərh edib:
"İranın regionda vəkili yoxdur, regionda yeganə vəkili olan sionist rejimidir. Türk dostlarımızdan təhlillərini mövcud reallığa uyğunlaşdırmalarını xahiş edirik. Cənab Fidan kimi birinin bu qədər əsassız bir müqayisə aparması təəccüblüdür. O özü də sionist rejimin təbiətcə ekspansionist olduğunu və Türkiyə də daxil olmaqla bütün bölgəyə zərər verməyə çalışdığını bilir. Bizim verə biləcəyimiz sual budur: onlar necə belə qəribə bir müqayisəyə əl atıblar? Türkiyə bu sayaq oxşarlıq aparmadan çəkinməlidir".











