"Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"
Dünyanın ən böyük müstəqil neft treyderi olan "Vitol" şirkətinin rəhbəri Rassel Hardi "Financial Times" (FT) nəşrinə verdiyi açıqlamada qlobal enerji bazarlarını gözləyən dəhşətli ssenari barədə xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə neft eksportunun yenidən dayanması və ya kəskin məhdudlaşması bir barel neftin qiymətini 200 dollara qədər yüksəldə bilər.
Qlobal enerji krizisini dərinləşdirən əsas amillərdən biri tanker çatışmazlığı və nəqliyyat logistikasının mürəkkəbləşməsidir. Xammalın daşınması və dənizdə gəmidən-gəmiyə köçürülməsi sxemlərinin çətinləşməsi gəmilərin ləngiməsinə, bu isə öz növbəsində fracht (daşıma) xərclərinin kəskin artmasına gətirib çıxarır.
İkiqat təzyiq altında qalan Avropa neftayırma zavodları (ANZ) bir tərəfdən baha xammal, digər tərəfdən isə yüksək daşıma xərcləri səbəbindən ciddi zərərə uğrayır. Analitiklər xəbərdarlıq edirlər ki, emal həcmlərinin ixtisar olunması yaxın aylarda dizel və digər yanacaq növlərinin kəskin defisitini daha da kəskinləşdirə bilər.











