Polşa da müharibəyə cəlb olunur?

14 sentyabr, 2026 13:55

“Eskalasiya bizim ərazimizi əhatə edə bilər”

Rusiya aktivliyini artırır və Polşa təhlükəsizlik vəziyyətinin pisləşməsinə hazır olmalıdır, çünki eskalasiya Polşa ərazisinə toxuna bilər.

“Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, belə bir bəyanatla Polşa Baş naziri Donald Tusk çıxış edib. Polşa mediasının məlumatına görə, Tusk bunu Polşa sərhədi yaxınlığındakı Ukraynanın "Yaqodin" nəzarət məntəqəsinə Rusiyanın hücumlarından sonra hökumət, ordu və kəşfiyyat orqanlarının nümayəndələri ilə təcili görüşdə bildirib.

Qeyd edək ki, dünən gecə Rusiya Ukraynanın qərbinə kütləvi hava hücumu həyata keçirib. Ukrayna-Polşa sərhədindəki “Yaqodin” sərhəd keçid məntəqəsində partlayışlar və ərazidəki yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Polşa sərhədi yaxınlığında sərnişin qatarına da hücum edildiyi bildirilir, bununla bağlı videogörüntülər də yayımlanıb. Qatarlardakı sərnişinlər təxliyə olunub. Sonradan məlum olub ki, təxliyə edilən qatarda İngiltərənin sabiq baş naziri Boris Conson və Almaniya kanslerinin müşaviri də olub.

Tusk Polşa üçün ciddi təhlükə yarandığını və ölkənin buna uyğun davranacağını bəyan edib.

"Bu gündən etibarən daha gücləndirilmiş rejimdə işləyəcəyik. Növbəti həftələr və ayların Rusiyanın çox intensiv fəaliyyət dövrü olacağını gözləyə bilərik. Eskalasiyanın bizim ərazimizi də bürüyəcəyini istisna edə bilmərik", - Tusk bildirib.

O, həmçinin Rusiyanın yeni reaktiv mühərrikli dronlardan istifadəsinə diqqət çəkib: "Hücumlar göstərdi ki, ruslar əvvəlkindən daha təhlükəli avadanlıqlardan istifadə etməyə hazırdırlar. Mən reaktiv mühərrikli dronlardan danışıram. Onların məsafəsi və dəqiqliyi həyəcan yaradır”.

O qeyd edib ki, hətta dronlara qarşı yaxşı hazırlıqlı olan Ukrayna belə onların hamısını vurmaq iqtidarında deyil.

"Rusiyanın belə imkanları var", - deyə Tusk bildirib və əlavə edib ki, o, xidmətlərə məlumatları, xüsusən də gecə hava hücumları xəbərdarlıqları zamanı alınan məlumatları dərhal yoxlamağı tapşırıb. 

Onun sözlərinə görə, Polşa hakimiyyəti təcili reaksiya tələb edən vəziyyətlərdə səhvlərdən qaçınmaq üçün alınan məlumatları müstəqil şəkildə təsdiqləməlidir: "Biz bu cür vəziyyətlərin burada da yarana biləcəyini istisna etmirik."

Rusiyanın Polşa sərhədi yaxınlığındakı zərbələrindən sonra Prezident Karol Navrotski də vəziyyətlə bağlı təcili hesabatlar almaq qərarına gəlib.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sözçüsü Yaçek Qorişevski isə dünənki Rusiya hücumu zamanı təhlükənin "real və yaxın" olduğunu bildirib. O, Rusiya dronlarının Polşa sərhədindən cəmi bir neçə kilometr aralıda yerləşən hədəflərə zərbələr endirdiyini vurğulayıb. Buna görə də Varşava mümkün sonrakı hücumlara və Polşa ərazisi yaxınlığında artan Rusiya təhlükəsinə hazırlığını qiymətləndirəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin son açıqlamasında Rusiyanın Avropa ilə müharibə aparmaq fikrində olmadığını bəyan etmişdi. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"