Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı

03 avqust, 2026 11:52

Qlobal maliyyə bazarlarında qızıl qiymətləri ilə bağlı nikbin gözləntilər güclənməkdə davam edir. ABŞ-ın investisiya bankı Goldman Sachs qızıl üzrə uzunmüddətli proqnozunu yenidən təsdiqləyərək, 2026-cı ilin sonuna qədər bir unsiya qızılın qiymətinin 4900 dollara çata biləcəyini bildirib. Bank hesab edir ki, mərkəzi bankların davam edən alışları və investorların "təhlükəsiz liman" axtarışı qiymət artımını dəstəkləyəcək.

"Azsiyaset" musavat.com-a istinadla xəbər verir ki, Goldman Sachs analitiklərinin fikrincə, xüsusilə inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları valyuta ehtiyatlarını şaxələndirmək məqsədilə qızıl alışlarını davam etdirir. Bankın məlumatına görə, may ayında mərkəzi banklar 81 ton qızıl alıblar ki, bu da son illərin orta göstəricisindən xeyli yüksəkdir.

Bank hesab edir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcəkdə faiz dərəcələrini aşağı salması ehtimalı qızıla olan investisiya marağını daha da artıra bilər. Faizlərin enməsi qızıl saxlamağın alternativ xərclərini azaltdığı üçün qiymətli metala tələbin yüksəlməsi gözlənilir.

Bütün maliyyə institutları eyni dərəcədə nikbin deyil. HSBC, Bernstein, Saxo Bank və Bank of America uzunmüddətli perspektivdə qızıla müsbət yanaşsalar da, yaxın aylarda yüksək faizlər, güclü dollar və geosiyasi risklərin qiymətlərdə dalğalanma yarada biləcəyini bildirirlər. Bank of America hətta 2026-cı il üzrə orta qiymət proqnozunu 4360 dollara endirib.

Mütəxəssislər vurğulayırlar ki, iri investisiya banklarının proqnozları bazar gözləntilərini əks etdirir və qəti nəticə kimi qəbul edilməməlidir. Qızılın qiymətinə ABŞ-də faiz qərarları, inflyasiya göstəriciləri, mərkəzi bankların siyasəti və geosiyasi hadisələr təsir göstərməyə davam edəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"