Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı
22 oktyabr, 2026 15:45
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanmasını mümkün hesab edir.
“Sputnik Ermənistan” xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirmişdi.











