Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR

01 noyabr, 2026 18:31

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı – “Məhsul bayramı” baş tutub.

Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.

Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, müəllim və işçi heyəti, tələbələr, tərəfdaş şirkətlərin nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.

Tədbirin rəsmi açılışında çıxış edən ADA Universitetinin birinci prorektoru Qalib Məmməd ötən il həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verərək “Qonşuluq” təşəbbüsünə xüsusi diqqət çəkib. O, ötən il toplanmış vəsait hesabına Qala kəndində həyata keçirilən bu layihənin uşaqlara erkən yaşlardan mehriban qonşuluq dəyərlərini aşıladığını bildirib. Layihənin şagirdlərə yaşadıqları mühiti və təbiəti qorumağın vacibliyini öyrətdiyini, onlarda ekoloji və sosial məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini vurğulayıb.

Daha sonra çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu şirkətlər qrupunun uzun illərdir Azərbaycan universitetləri ilə əməkdaşlıq strategiyasını ardıcıl şəkildə həyata keçirdiyini qeyd edib. O, bu tərəfdaşlıqların həm universitetlər, həm də şirkətlər qrupu üçün qarşılıqlı fayda yaratdığını bildirib. ADA Universiteti ilə səmərəli əməkdaşlığın bugünkü tədbirdə də öz əksini tapdığını vurğulayan Aydın Veysəloğlu xeyriyyə məqsədi daşıyan bu təşəbbüsün nəcib məramına diqqət çəkərək hər kəsi fəal iştirak etməyə çağırıb.

Rəsmi hissədən sonra tədbir zəngin bədii proqramla davam edib. ADA Məktəbi, Q. Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, F. Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbi, həmçinin 24 və 33 nömrəli 11 illik Musiqi Məktəblərinin şagirdləri tərəfindən hazırlanan musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhval-ruhiyyəsi qatıb.

Həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllimi, beynəlxalq müsabiqələr qalibi və gənclər mükafatçısı, tarzən İbrahim Babayev öz rəngarəng çıxışları ilə qonaqlara xoş anlar bəxş edib.

Tədbir çərçivəsində ADA Məktəbi şagirdləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgisi və satışı təşkil olunub. Sərgi-satışdan toplanan vəsait təhsil yönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüs festivalın mənəvi dəyərini daha da artıraraq xeyirxahlıq ruhunu nümayiş etdirir.

ADA Məhsul Bayramı çərçivəsində, Heykəltəraşlıq Simpoziumunun yekunu olaraq, ADA məktəbində üç yeni heykəltəraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltəraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir.

Qeyd edək ki, keçən ilki "Məhsul bayramı" zamanı toplanmış 27,309 AZN məbləğində vəsait hesabına 4 vacib sosial layihə – “Tikiş Bacarıqlarından Peşəyə”, “Sənətkarlıq Dərsləri”, “Bir ADA-nın sirri”, eləcə də 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin uşaqlarının birgə iştirakı ilə həyata keçirilən “Dostluq Körpüsü” layihəsi uğurla reallaşdırılıb. Ümumilikdə 600 nəfərin bəhrələndiyi bu təşəbbüslər uşaqların yaradıcılığını, sosial inteqrasiyasını, peşə bacarıqlarını və şəxsi inkişafını dəstəkləməklə yanaşı, müxtəlif sosial mühitlərdən olan uşaqlar arasında dostluq və əməkdaşlıq körpüsü yaradır.

Festivalın əsas və daimi tərəfdaşı olan Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan bizneslər — “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” və “OBA” marketlər şəbəkələri, “Xonça”, “Veysəloğlu-Rossmann”, “Decoliv”, “O to Go” və “Entree” — tədbirə yaxından dəstək göstəriblər. Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, həmçinin qeyri-qida malları satışa çıxarılıb.

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?