"Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

13 iyul, 2026 13:04

Üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılır.

Bugünkü hazırlıq iclasında əvvəlcə təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib. 

Ardınca isə proses gərgin atmosferdə davam edib. Belə ki, əvvəlcə dövlət ittihamçısı Valeh Ələkbərov məhkəmə istintaqının qapalı keçirilməsini istəyib. İttihamçı bunu işdə kifayət qədər kommersiya sirri təşkil edən məlumatların olması ilə əlaqələndirib. Zərərçəkmiş qismində tanınmış “Azenco”nun nümayəndəsi bu vəsatəti dəstəkləsə də, müdafiə tərəfi etiraz edib.

Təqsirləndirilən şəxs özü və vəkili də məhkəmənin açıq keçirilməsini xahiş ediblər. Müdafiə tərəfi belə hesab edir ki, işə qapalı baxılması üçün əsaslar yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxs ittihamla razılaşmadığından istintaqın açıq aparılmasını istəyib.

Müdafiə tərəfi iki vəsatət qaldırıb. Onlardan birincisi ibtidai istintaq zamanı həvalə qərarı qəbul edilənə kimi toplanmış sübutların iş materiallarından çıxarılması, digəri isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.

Vəkil sonuncu vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxsin 5 azyaşlı övladı var, həmçinin bəlli yaşayış yeri olduğundan istintaqdan yayınma fikri yoxdur.

Müdafiəçinin ilk çıxışından məlum olub ki, Vüqar Əliyev “Azenco”da işə başlayandan cəmi 2 ay sonra şirkətin əsl sahibi olduğu deyilən Etibar Pirverdiyev (“Azərenerji”nin keçmiş rəhbəri-red) onu Müşahidə Şurasının sədri təyin edib. Amma sonradan Pirverdiyevin ona qarşı münasibəti dəyişib. 

Vüqar Əliyev özü də bu məsələyə münasibət bildirib. O, Etibar Pirverdiyevin qərəzli münasibəti nəticəsində tutulmasına eyham vurub: “Əvvəl 1 milyondan bir az artıq mənimsəmədə ittiham olunurdum. Sonra ittiham ağırlaşdı, dedilər ki, get, zərərçəkmiş tərəflə barış. Amma hələ də Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini anlamıram. Bir ildir ki, həbsdəyəm. Xahiş edirəm, ev dustaqlığına buraxılmağıma icazə verəsiniz”.

Məhkəmə tərəfləri dinlədikdən sonra ilk qərarı açıqlayıb. Qərara əsasən, prokurorun vəsatəti əsaslı, müdafiə tərəfinin vəsatətləri əsassız sayılıb. Hakim elan edib ki, cinayət işi materiallarında hüququ şəxsin kommersiya sirləri ilə bağlı çoxsaylı məlumatlar var. Belə olan halda məhkəmə araşdırması qapalı keçirilməlidir. 

Tərəflərin birgə razılığı ilə cinayət işi baxışa verilib. Qapalı məhkəmə istintaqı iyulun 27-si başlayacaq.

Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bilinir. Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. 2022-2023-cü illərdə şirkətin idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub. Sonradan isə eyni şirkətin Müşahidə Şurasının sədri işləyib(qafqazinfo.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR