Zelenski İsraili sanksiyalarla hədələyib

28 aprel, 2026 14:47

Rəsmi Kiyev Ukraynanın oğurlanmış taxılını daşıyan, bundan maddi gəlir əldə edən şəxslərə və qurumlara sanksiyalar tətbiq edəcək.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O, Ukraynaya məxsus taxılın Rusiya tərəfindən mənimsənilərək İsrailə ixrac edilməsini pisləyib: “Bu legitim ticarət ola bilməz. İsrail rəhbərliyi ölkənin limanlarına hansı gəminin gəldiyini və bu gəminin nə daşıdığını bilməyə bilməz. Rusiya sistemli şəkildə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki taxılı mənimsəyir və işğalçılarla əlaqəli şəxslər vasitəsilə bu taxılın ixracını təşkil edir”.

Zelenski bu prosesin İsrailin öz qanunlarına da zidd olduğunu qeyd edib və Ukraynanın bu cür halların baş verməməsi üçün lazımi diplomatik addımlar atdığını, lakin daha bir gəminin İsrail limanına yan aldığını vurğulayıb.

“Mən vəziyyətlə bağlı Ukrayna Xarici İşlər Nazirliyini bizim bütün tərəfdaşlarımızı xəbərdar etməklə bağlı təlimatlandırmışam”, - Zelenski deyib.

Ukrayna lideri bu ticarətdən gəlir əldə edənlərin sanksiyaya məruz qalacağı ilə bağlı xəbərdarlıq etməklə yanaşı, həmin şəxslərə Avropa sanksiyalarının da şamil edilməsi üçün rəsmi Kiyevin avropalı tərəfdaş ölkələrlə koordinasiya quracağını da diqqətə çatdırıb.

“Ukrayna hər bir dövlətlə tərəfdaşlıq və qarşılıqlı hörmətə arxalanır. Biz xüsusilə Yaxın Şərqdə təhlükəsizliyi artırmaq üçün əzmlə işləyirik. İsrail rəhbərliyindən Ukraynaya hörmət edilməsini və ikitərəfli əlaqələrə zərər verən hərəkətlərdən çəkinmələrini gözləyirik”, - Zelenski əlavə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"