Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb
13 dekabr, 2024 14:22
Milli Məclisin inzibati binalarının il ərzində şüşə və fasad örtüyünün yuyulması ilə əlaqədar tender müsabiqəsi elan edilib.
Tender müsabiqəsinin şərtlərinə görə, Milli Məclisin inzibati binaları il ərzində 4 dəfə, yəni rübdə 1 dəfə olmaqla yuyulmalıdır.
Milli Məclisin qeyd olunan iş üçün hesabladığı qiymət (ehtimal olunan qiymət) 64 min 579 manat 55 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, yuyulması nəzərdə tutulan şüşə və fasad örtüyünün ümumi sahəsi 25 min 36 kv. metrə bərabərdir. Bu isə o deməkdir ki, Milli Məclis inzibati binalarının şüşə və fasad örtüyünün 1 kv. metrinin yuyulması üçün 90 qəpik (4 dəfə üçün 3,6 manat) təklif edir.