Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır

16 dekabr, 2024 13:45

Keçid hökuməti Suriyanın vahid bayraq altında birləşməsini istəyir.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Nəşrin əldə etdiyi məlumata görə, Suriyadakı inqilabın lideri Əhməd Hüseyn əl-Şara (Məhəmməd əl-Colani) keçid hökumətinin rəsmiləri ilə Dəməşqdə keçirdiyi görüşdə ölkənin gələcəyi ilə bağlı mühüm mövzuları gündəmə gətirib. Əl-Şara və hökumət rəsmilərinin son vaxtlar ictimaiyyətdə müzakirə edilən PKK/YPG/PYD terror təşkilatının muxtariyyət iddialarını təkzib etdiyi və vahid Suriya mövzusunda razılaşdıqları məlum olub. Hökumətin bu təşkilata muxtariyyət verə bilməyəcəyi vurğulanıb.

Keçid komandası martda hökumət qurulana qədər Suriyanı idarə edəcək. Yeni hökumətdə cəmiyyətin hər təbəqəsindən bir nümayəndənin olacağı bildirilib. Əl-Şara ilə hökumət rəsmiləri arasında keçirilən görüşdə bu məsələ də gündəmə gətirilib.

Nəşr qeyd edir ki, toplantıda Türkiyənin önümüzdəki dövrdə Suriyanın qurulması və dirçəldilməsi üçün əhəmiyyətli bir aktor olaraq görüldüyü və Ankaranın təcrübələrindən yararlanmağın lazım olduğu deyilib.

“Suriya keçid hökumətinin Türkiyəyə təşəkkür etdiyi və ona borclu olduğu bildirilib. Əl-Şara toplantıda “Türkiyə ilə yaxşı qonşuluq münasibətlərinə davam edəcəyik” mesajı verib”, - məlumatda belə qeyd edilir.

12 sentyabr

12:34 - "Polyakların yalnız 10 faizi döyüşməyə hazırdır" - Ukraynalı general12:33 - ABŞ Zəngəzur dəhlizi üçün Ermənistana 145 milyon dollar ayıracaq12:30 - Azərbaycan Rusiydan təbii qaz idxalını dayandırıb - Ölkələrin siyahısı

10 sentyabr

16:35 - Pakistanlı MBA tələbələri "Ulduz" şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTOLAR16:32 - Rusiya və NATO arasında gərginlik...16:29 - Azərbaycanda əməkhaqqı 80 qəpik artdı - Rəsmi16:27 - Prezident Bakıda açılışda - FOTOLAR

05 sentyabr

12:08 - 26 ölkə Ukraynaya ordu göndərməyə razılaşdı - Təhlükəsizlik paketi razılaşdırılıb, ABŞ-nin rəyi gözlənilir12:05 - Rusiya ilə Çinin qaz diplomatiyası...12:02 - Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? - SİYAHI

04 sentyabr

13:23 - ABŞ Zəngəzur dəhlizinə görə Ermənistana nümayəndə heyəti göndərir13:15 - Son 30 ildə keçmiş SSRİ ölkələrinin iqtisadiyyatı necə inkişaf edib? - Tam siyahı13:13 - Deputat seçiciyə uduzdu...

27 avqust

13:06 - "Veysəloğlu Distribusiya" şirkəti "Dəyərlərimizin izi ilə" devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR

25 avqust

11:49 - ran və Avropa üçlüyü Cenevrədə görüşür - Nüvə razılaşmasında yeni mərhələ başlayır11:47 - Türkiyə-Ermənistan sərhədi açılır? 11:45 - İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...