Rusiya və NATO arasında gərginlik...
10 sentyabr, 2025 16:32

Rusiya PUA-larının Polşaya hücumu NATO-da kəskin etirazla qarşılanıb.
Xarici KİV-lər xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Rusiya PUA-larının Polşa hava məkanını pozmasını “tamamilə ağılsızlıq” adlandırıb.
"Bunun qəsdən olub-olmamasından asılı olmayaraq, bu, tamamilə ağılsızlıqdır və təhlükəlidir. Amma tam qiymətləndirmə hələ də davam edir. Mənim Putinə mesajım aydındır. Ukraynada müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın. Və bilin ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik", - o vurğulayıb.