26 ölkə Ukraynaya ordu göndərməyə razılaşdı - Təhlükəsizlik paketi razılaşdırılıb, ABŞ-nin rəyi gözlənilir

05 sentyabr, 2025 12:08

Fransa Prezidenti Emmanuel Makron Parisdə “istəklilərin koalisiyası” formatında keçirilən görüşdən sonra açıqlama verib. O bildirib ki, ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair dəstəyinin son forması yaxın günlərdə müəyyən ediləcək.

Makronun sözlərinə görə, sammit iştirakçıları ABŞ Prezidenti Donald Trampla da telefon əlaqəsi saxlayıblar: “Bu danışığın nəticələri aydındır: yaxın günlərdə ABŞ-nin dəstəyinin və təhlükəsizlik zəmanətlərinin yekun forması müəyyən ediləcək. ABŞ bu prosesin hər mərhələsində iştirak edib”.

Makron post-müharibə dövründə Ukrayna ərazisinə qoşunların göndərilməsi ehtimalına da toxunub. O bildirib ki, “istəklilərin koalisiyası”na daxil olan 26 ölkə bu addıma hazırdır. Lakin “Financial Times” yazır ki, bir çox Avropa dövlətləri bu qərarla bağlı hələlik yekun mövqe tutmayıblar. Makron vurğulayıb ki, növbəti mərhələdə ABŞ və Rusiya rəsmiləri arasında təmaslar gözlənilir. Əgər Moskva sülh danışıqlarından imtina etsə, Avropa ilə razılaşdırılmış şəkildə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Finlandiya Prezidenti Aleksandr Stubb açıqlayıb ki, Donald Tramp Avropa liderləri ilə söhbətində Rusiyaya qarşı yeni sanksiyaların koordinasiyalı şəkildə həyata keçirilməsini təklif edib. Onun sözlərinə görə, söhbət əsasən neft və qaz tədarükünə məhdudiyyətlərdən gedib: “Trampın yanaşması bundan ibarətdir ki, biz sanksiyalar siyasətində birlikdə hərəkət etməli və Rusiyanın hərbi maşınını iqtisadi vasitələrlə dayandırmağın yollarını tapmalıyıq”.

Stubb əlavə edib ki, növbəti mərhələdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Trampın yaxın müşavirləri ilə müzakirələr keçiriləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski Makronla birgə mətbuat konfransında bildirib ki, artıq təhlükəsizlik zəmanətlərinin ümumi strukturu müəyyənləşib. Onun sözlərinə görə, hər bir ölkə öz töhfəsini vermək üçün ayrıca sənədlər hazırlayır. Zelenski vurğulayıb ki, güclü Ukrayna ordusu bu öhdəliklərin əsas dayağı olacaq və Avropa müdafiə şirkətləri fəaliyyətini daha da intensivləşdirməlidir. O həmçinin Rusiya Prezidenti Vladimir Putinin “Moskavaya dəvəti” ilə bağlı mövqeyini açıqlayıb: “Amerikalı tərəfdaşlarımız dedi ki, Putin məni Moskvaya dəvət edib. Əgər görüşün olmamasını istəyirsənsə, məni Moskvaya dəvət et. Bu, onların müharibəni bitirmək niyyətində olmadığını göstərir”.

Zelenski əlavə edib ki, zəmanətlər parlamentlər səviyyəsində ratifikasiya olunmalıdır: “Budapeşt Memorandumunun və Minsk razılaşmalarının təkrarlanmasını istəmirik və qəbul etmirik”. Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük də iqtisadi, siyasi və geosiyasi təhlükəsizlik zəmanətlərinin mühüm hissəsidir. Gözlənilir ki, Ukrayna üçün hazırlanacaq təhlükəsizlik zəmanətləri paketi diplomatik, maliyyə və hərbi elementləri özündə birləşdirəcək və ölkənin müdafiə qabiliyyətini daha da gücləndirməyə yönələcək(azpolitika.info).

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR