"Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri
12 dekabr, 2024 10:59
Ukrayna Rusiya ilə münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək, amma ABŞ və müttəfiqləri tərəfindən NATO-ya dəvət almayacaq.
Bu barədə barədə Slovakiya Baş naziri Robert Fitso deyib.
“Düşünürəm ki, Ukrayna öz ərazisinin üçdə birini itirəcək, amma onlara təhlükəsizlik zəmanəti veriləcək. Ərazisində xarici qoşunların olması Ukrayna üçün xoşbəxtlik yox , xəyanətdir‘‘, - deyə baş nazir qeyd edib.