"Ukraynada 4 minə yaxın məhbus cəbhəyə göndərilmək üçün azad edildi" - "The Guardian" nəşri

22 iyul, 2024 15:11

Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığını aradan qaldırmaq üçün Ukraynada təxminən 3,8 min məhbus vaxtından əvvəl azad edilib.

Bu barədə “The Guardian” qəzeti Ukrayna Ədliyyə Nazirliyinin məlumatlarına istinadla yazıb.

Nəşrin məlumatına görə, ümumilikdə 5,8 min məhbus Ukrayna Silahlı Qüvvələrində xidmət etmək arzusunu bildirib.

Digər tərəfdən, Ukrayna ədliyyə naziri Denis Malyuska “Financial Times” qəzetinə müsahibəsində Ukrayna hakimiyyətinin Prezident Volodimir Zelenskinin daha əvvəl imzaladığı məhbusların könüllü səfərbərliyi haqqında qanun sayəsində Ukrayna Silahlı Qüvvələri sıralarına təxminən 15 min nəfərin cəlb edilməsinin mümkün olacağını qeyd edib.

Qeyd edək ki, Zelenski məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə icazə verən qanunu mayın 17-də imzalayıb. Sənədə əsasən, yalnız milli təhlükəsizliyin əsasları əleyhinə və ya terrorizmlə bağlı cinayətlərə, iki və ya daha çox şəxsi öldürməyə, son dərəcə amansızlıqla adam öldürməyə, sərxoş vəziyyətdə bir neçə insanın ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmağa görə məhkum olunmuş şəxslər səfərbərliyə məruz qalmayacaq. Həmçinin, istisnalara xüsusilə ağır korrupsiya cinayətlərində, hüquq-mühafizə orqanı əməkdaşının və ya hərbi qulluqçunun qətlinə görə məhkum olunmuş şəxslər də daxildir.

Xatırladaq ki, Ukrayna ədliyyə naziri uzun müddətdir ki, məhbusların səfərbər edilməsi ideyasını irəli sürüb. Eyni zamanda, o, ilkin olaraq bunun sayəsində əlavə 50 min nəfərin orduya cəlb oluna biləcəyini qeyd edib. Ancaq sonradan nazir proqnozlarını 20 min nəfərə endirib. Ədliyyə naziri onu da qeyd edib ki, ölkə hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə səfərbərliklə bağlı çətinliklər və kadr çatışmazlığı ilə əlaqədar məhbusların hərbi xidmətə cəlb edilməsi haqqında qanun qəbul etmək qərarına gəlib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR