Şarl Mişel Azərbaycan və Ermənistana yeni çağırış edib

31 iyul, 2024 13:55

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri təzələyir.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.

“Politico” yazır ki, bu görüşlər barədə əvvəllər məlumat verilməmişdi, Ermənistan və Azərbaycan bir-birini sammit çərçivəsində liderlər səviyyəsində görüşməkdən imtina etməkdə suçlayırdılar.

Mişel həmçinin hər iki tərəfə məktub yazıb və onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək, sülh sazişini yekunlaşdırmağa çağırıb.

Nəşr qeyd edir ki, çoxdan gözlənilən razılaşmanın baş tutmadığından və aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Brüsseldə məyusluq artıb.

Mişellə görüşlərinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev bir-biri ilə danışıqlar masası arxasına əyləşmək fürsəti tapa bilməyiblər.

“Politico” yazır ki, Britaniyadakı görüşlər Mişelin rəhbərlik etdiyi aylarla davam edən danışıqlardan sonra və Qərbin yalnız diplomatik həllin regiona sülh gətirə biləcəyi barədə xəbərdarlıqlarına baxmayaraq baş verib.

“İndi gərginlik yenidən yüksəlir və ötən həftə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanı iki ölkənin ümumi sərhədi boyunca təxribatlar törətməkdə ittiham edib və özünümüdafiə üçün əllərində olan bütün vasitələrdən istifadə edərək lazımi cavab tədbirləri görəcəyi ilə hədələyib. Ermənistan bu ittihamların həqiqətə uyğun olmadığını bildirir.

Azərbaycan iki tarixi rəqib arasında güc balansı yaratmaq cəhdi ilə Fransa kimi Aİ ölkələrinin İrəvana verdiyi hərbi dəstəyi də tənqid edib”, - nəşr yazıb.

İyulun 22-də Aİ Şurası Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro məbləğində ilk yardımın göstərilməsinə qərar verib.

17 fevral

15:16 - Avropa liderləri bu görüşün şokundadır - Parisdə təcili toplanırlar15:12 - Ərazilərinin 30%-ni itirən Ukraynanın bu dəfə təbii sərvətləri bölünəcək - Sərsəm iddialar və real rəqəmlər15:05 - 17 milyonluq tenderin 13 milyonu bir şirkətə verilib: "Avaz Group"la AQTİ-ni nə birləşdirir? - ARAŞDIRMA14:00 - Vens Avropanı təhqir etdi - Münhendən 5 şok nəticə11:37 - Makronun adamlarının qalmaqallı korrupsiyası - Şok sənədlər 11:34 - İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 2 manata satılır

12 fevral

16:01 - Qəzza Türkiyə muxtariyyət kimi birləşməlidir! - Sensasion təklif15:59 - Azərbaycanda nə bahalaşıb, nə ucuzlaşıb? - SİYAHI15:57 - "Lider həmişə öz xalqına münasibətdə ədalətli olmalıdır" - Prezident

10 fevral

13:32 - Rusiya müharibəni üç müttəfiqinin dəstəyi ilə davam etdirir - NATO rəsmisi13:29 - Azərbaycana qarşı bu siyasətdən əl çəkməyəcəyik13:28 - Trampdan skandal qərar - 9 fevral "Amerika Körfəzi Günü" elan edildi13:23 - Ermənistan Naxçıvan istiqamətində nə edir? - Hazırlıqlar tamamlandı13:21 - Komissiyanın iclasları başlayır - Əfv nəzərdə tutulur

07 fevral

15:35 - Paşinyan Ağ evdə ABŞ vitse-prezidenti ilə nəyi müzakirə edib?15:31 - "Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır" - Peskov13:02 - Məşhur şərab zavodunun yarım milyon vergi borcu var imiş12:59 - "Tramp Transxəzər dəhlizinin tərəfdarı olacaq" - "Stratfor" mərkəzi12:58 - Almaniya 45 azərbaycanlını deportasiya edib - Rəsmi

05 fevral

13:21 - Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir!13:05 - Pezeşkian Trampın təklifini qəbul edəcək?13:04 - Rusiyadakı azərbaycanlıların nəzərinə - Deportasiya oluna bilərsiniz!

04 fevral

14:33 - "Əliyevin sayəsində Bakı doğru qərar verdi" - Rusiyalı politoloq14:30 - Gömrük Komitəsində yenə problem - Bu dəfə tələbələrin təqaüdü verilmir14:28 - Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb

03 fevral

10:53 - Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir10:47 - Azərbaycanda kredit faizləri niyə yüksəlir? 10:45 - Mask USAID-i "cinayətkar təşkilat" adlandırdı

02 fevral

19:22 - Türkiyəyə çatası 2 milyard dollar ABŞ-da donduruldu - "Wall Street Journal"19:18 - NATO Baş katibindən çağırış: "Müharibəyə hazırlaşın!" - "Bild" nəşri