İlham Əliyev Tacikistanda - FOTOLAR
09 oktyabr, 2025 14:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib.
Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.









