Makronun adamlarının qalmaqallı korrupsiyası - Şok sənədlər

17 fevral, 2025 11:37

Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”nın “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı növbəti yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti A.Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.

“Observer Online”ın sensasion yazısının Azərbaycan dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edirik:

“Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə Azərbaycanəsilli Rusiyalı milyarder Fərhad Əhmədovdan “Luna” adlı yaxtasının  beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benallanın və sonuncu ilə əlbir olan şəriki Mərakeşəsilli Fransa vətəndaşı Anass Derrazın 6.140.000 ABŞ dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.

Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış 2701000091503№li bank hesabına və A.Derrazın “AL HİLAL BANK”da açılmış 024071984024 №li hesabına köçürmüşdür.

Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin iştirakçısı, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilmişdir.

Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir. Məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Rüşvətin həqiqətən baş tutduğunu təsbit edən redaksiyamız, onun leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış 3 tərəfli müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul vəsaitləri köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə etmiş və geniş oxucu kütləsinə təqdim edir. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.

 

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları13:24 - "Sputnik-Azərbaycan"da əməliyyat keçirilir13:21 - Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Rəsmi

27 iyun

12:28 - Lukaşenko Ermənistanın düşdüyü vəziyyətdən danışdı - Günah kimdədir?12:26 - ABŞ Çinlə ticarət sazişi imzaladı12:20 - Çinə vizasız rejim Azərbaycan üçün nə vəd edir?

23 iyun

12:54 - Azərbaycanda əhalinin istehlak xərcləri 69 milyard manatı ötüb 12:52 - İran ordusunun baş komandanından ABŞ-a sərt xəbərdarlıq - "Bu dəfə də cavabımız qəti olacaq"12:47 - Prezident Yevlaxdadır - FOTOLAR12:25 - "Qatar qiymətləri vətəndaş üçün bahadır, 147 manata bilet olar?" - ADY-yə ittihamlar12:21 - ABŞ İran uranından xəbərsizdir - ABŞ-ın bombardman şousu

16 iyun

14:43 - ABŞ təyyarələri terrora hazırlaşır14:37 - İran İsrailin müdafiəsini bu raketlərlə yardı14:33 - "Təcavüzlər təkrarlansa, təcavüzkarı daha sarsıdıcı cavablar gözləyəcək" - Pezeşkian

13 iyun

11:19 - "İsrail özünün acı taleyinə imza atıb" - Xamenei11:18 - İsrailin İrana hücumu nəticəsində kimlər ölüb?

10 iyun

15:31 - "Qarabağ Azərbaycanın ərazisidir!" - Zaxarovadan açıqlama15:28 - Medinski niyə elə dedi? - - Britaniyalı ekspert15:26 - BDU-nun "Məzun Günü" ilə bağlı xərcləri artdı - Bu il 159 min xərclənəcək

02 iyun

12:15 - Ermənilərlə fransızlar Azərbaycanla sərhədə toplaşdılar12:12 - "Rahat" market cərimələndi - Müştəriləri aldadıb12:08 - Həbsxananın damı uçdu - Məhkum öldü12:05 - Rusiyada varlıların sərvəti 22,5 milyard dollardan çox artdı - "Bloomberg" nəşri

30 may

14:18 - Araz Musayev sui-qəsdə görə Adil Əliyevi ittiham edir 14:10 - "Vətəndaş babadan qalma evi sökür, yenisini tikməyə icazə verilmir" - Deputat14:09 - Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

21 may

16:19 - "Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın" - Lavrov13:40 - İlham Əliyev liderlərin iclasında çıxış etdi - TAM MƏTN13:35 - Azərbaycan İtaliyaya neft satışını kəskin artırıb

19 may

13:53 - Azərbaycan-İran birgə hərbi təliminin açılışı oldu - VİDEO