"Qatar qiymətləri vətəndaş üçün bahadır, 147 manata bilet olar?" - ADY-yə ittihamlar

23 iyun, 2025 12:25

“Qiymətlər keyfiyyətə, xidmət mədəniyyətinə və digər nüanslara görə təyin edilir. Tələb azaldıqca ona uyğun şəkildə qiymətlər nizamlanacaq”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov deyib.

O bildirib ki, Azərbaycanda dəmiryolu ilə avtobus nəqliyyatı arasında o qədər də böyük rəqabət meydana gəlmir:

“Bəzən olur. Amma həmin rəqabət həm keyfiyyətə, həm də qiymətə görə nəzərdə tutulmalıdır”. 

Ekspert vurğulayıb ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır:

“Dəmiryolu nəqliyyatında sürətli qatarların hərəkəti üçün yollarda müəyyən çətinliklər var. Onların düzəlməsi üçün maya dəyəri müəyyən qədər bahadır. Ancaq mən də razıyam ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır. Məsələn, turist, yaxud hansısa xarici ölkə vətəndaşı nəzərdə tutulan qiymətlə razılaşa bilər. Amma yerli vətəndaş üçün bu qiymət yüksəkdir. Bu nöqteyi-nəzərdən, düşünürəm ki, qiymətlər zamanla nizamlanacaq”. 

Xatırladaq ki, Bakı-Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub. Bu isə alternativ nəqliyyat vasitələri (taksi, avtobus) ilə müqayisədə təxminən 3 dəfə daha bahadır. Yeni istifadəyə verilən reysin qiymətləri vətəndaşlar arasında birmənalı qarşılanmayıb. ADY qiymət tarifini sərnişinlərə təklif olunan xidmətlərlə əsaslandırıb. (yenisabah.az).

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları13:24 - "Sputnik-Azərbaycan"da əməliyyat keçirilir13:21 - Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Rəsmi

27 iyun

12:28 - Lukaşenko Ermənistanın düşdüyü vəziyyətdən danışdı - Günah kimdədir?12:26 - ABŞ Çinlə ticarət sazişi imzaladı12:20 - Çinə vizasız rejim Azərbaycan üçün nə vəd edir?

23 iyun

12:54 - Azərbaycanda əhalinin istehlak xərcləri 69 milyard manatı ötüb 12:52 - İran ordusunun baş komandanından ABŞ-a sərt xəbərdarlıq - "Bu dəfə də cavabımız qəti olacaq"12:47 - Prezident Yevlaxdadır - FOTOLAR12:25 - "Qatar qiymətləri vətəndaş üçün bahadır, 147 manata bilet olar?" - ADY-yə ittihamlar12:21 - ABŞ İran uranından xəbərsizdir - ABŞ-ın bombardman şousu