Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır
01 dekabr, 2025 11:46
İranda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin birgə antiterror təlimləri keçiriləcək.
"Mehr" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - "Sepah") Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr üzrə rəis müavini polkovnik Şəhram Əskərian məlumat yayıb.
Onun sözlərinə görə, təlim Azərbaycan Respublikası ilə həmsərhəd Şərqi Azərbaycan əyalətində baş tutmalıdır.
ŞƏT hərbi tədbiri “Səhənd 2025: Birgə Antiterror Təlimi” adlanacaq.











