Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"
“Ey dözümlü və azadlığı sevən İran xalqı! Sizə ağrı və xəyanətlə dolu bir qəlbdən müraciət edirəm. Mən, öz ölkəsinin dağılmasını Qərbin aldatıcı gülümsəmələri və yalan vədləri səbəbindən yaşamış bir qadının səsiyəm. Sizi xəbərdar etmək istəyirəm: imperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın".
"Azsiyaset" xəbər verir ki, bunu Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İran xalqına müraciətində deyib.
Aişə Qəddafi vaxtı ilə Liviya xalqının da aldadıldığını bildirir: "Bir zamanlar onlara belə demişdilər. Əgər nüvə və raket proqramlarınızdan imtina etsəniz, dünya qapılarını sizə açacaq.”
Atam, xoş niyyət və dialoqa ümid edərək güzəştləri seçdi. Amma nəticədə biz NATO-nun bombalarının ölkəmizi xarabaya çevirdiyini gördük. Liviya qana batdı, və xalqımız kasıbçılıq, sürgün və dağılmış dövlətlə üz-üzə qaldı".
Aişə Qəddafi Qərbin İranda həqiqi azadlıq və ləyaqətli həyat istəmədiyini deyib: "Düşmənə güzəştə getmək yalnız dağıntı, bölünmə və əzab gətirər. Qurdla danışıqlar qoyunu qurtarmayacaq, və əsl sülh gətirməyəcək; bu, yalnız növbəti yemək vaxtını müəyyən edər. Tarix sübut edir ki, Kubadan Fələstinə qədər, möhkəm dayananlar qəhrəmanlar kimi dünyanın qəlbində yaşayıb və tarixdə şərəflə, qaliblər kimi xatırlanırlar. Təslim olanlar isə külə çevrilib və adları unudulub".











