ABŞ-də səssiz çevriliş olub

13 aprel, 2026 12:07

Türkiyəli tanınmış jurnalist İsmail Bendideriya ABŞ-də son günlər baş verən proseslərlə bağlı diqqətçəkən və mübahisəli açıqlamalar verib.

O, "Ulusal TV"-nin efirində çıxışı zamanı Amerikada “səssiz çevriliş” baş verdiyini iddia edib.

Jurnalistin sözlərinə görə, bu proseslərdə əsas rolun İsrailə yaxın qüvvələrə aid olduğu irəli sürülür:“Amerikada bundan bir həftə, 8 gün əvvəl səssiz bir çevriliş oldu. Bu çevrilişi İsrail qanadı etdi. İsrail rəsmi olaraq Donald Tramp vasitəsilə Amerikada milli qüvvələri kənarlaşdırdı.

O, son dövrlərdə ABŞ-də vəzifədən uzaqlaşdırılan hərbçilər və kəşfiyyat əməkdaşlarına diqqət çəkərək bildirib ki, bu proseslər ölkə daxilində ciddi sarsıntılara səbəb olub: “Vəzifədən alınan generallara baxın, uzaqlaşdırılan Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarına baxın. Amerikada hazırda ciddi silkələnmə yaşanır”.

Jurnalist həmçinin ABŞ daxilində bu proseslərə qarşı narazılığın artdığını iddia edib. Onun sözlərinə görə, bəzi hərbçilər İsrailin maraqları uğrunda döyüşmək istəmədiklərini açıq şəkildə ifadə ediblər: “Sistem nə qədər problemli olsa da, Amerikada da bu dövləti öz dövləti sayan insanlar var və bu baxımdan müəyyən qədər haqlıdırlar. Bu dövlət nə Trampın, nə də İsrailindir. Kimlər orada istefa verdi və etiraz etdi? Amerikalı əsgərlər. Onlar dedilər ki, biz amerikalı əsgərləri İsrail üçün qurban verə bilmərik. Uşaqlarımızı İsrail yaşasın deyə fəda edə bilmərik. Əgər müharibə olacaqsa, İsrail özü döyüşsün, bunun bizə nə aidiyyəti var? Onlar kənara çəkildilər. Etiraz edənləri isə həbs etdilər. Amerika hazırda bir çevriliş yaşayır. Amerikalı milli qüvvələr bunun hesabını siyonistlərdən soruşacaq. Buna görə də Amerika yaxın günlərdə daha da qarışacaq".

Açıqlamada ABŞ-də kütləvi etiraz aksiyalarının keçirildiyi də diqqətə çatdırılır:“Bu günlərdə Amerikada milyonlarla insan küçələrə çıxıb. Mən 30 ildən çoxdur medianı izləyirəm, belə bir vəziyyət görməmişəm”.

İsmail Bendideriya qeyd edib ki, baş verən hadisələr gələcəkdə daha böyük qarşıdurmalara səbəb ola bilər və proseslərin həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə təsirləri gözlənilir: “Böyük ehtimalla, çox ciddi hadisələr baş verəcək. Bu, təkcə Amerikada deyil, onun təsir dairəsində olan bölgələrdə də hiss olunacaq”.

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı