"Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"

06 iyun, 2026 19:20

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələri elan edildikdən sonra müraciətlə çıxış edərək, İrəvanın sülh, regional əməkdaşlıq və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması kursuna sadiq qaldığını təsdiqləyib.

Azsiyaset.az modern.az-a istinadla xəbər verir ki, jurnalistin seçkilərdə rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsindən sonra Türkiyə və Azərbaycan xalqlarına hansı mesajı vermək istədiyi barədə sualını cavablandıran Paşinyan bildirib ki, rəsmi İrəvanın mövqeyi dəyişməz olaraq qalır.

“Mesaj eynidir. Ermənistan xalqı sülhün, regional rifahın və regional əməkdaşlığın tərəfdarıdır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”, - deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional əsasda möhkəmləndirilməsidir.

“Biz Ermənistan və Azərbaycan arasında sülhü institusionallaşdırmalıyıq”, - deyə o vurğulayıb.

Paşinyan ayrıca Ermənistan–Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesinin davam etdirilməsinə və iki ölkə arasında dövlət sərhədinin açılmasına ümid edir.

“Türkiyə ilə sərhəd açılmalıdır. Yəni Türkiyə sərhədi açmalı, eyni zamanda diplomatik münasibətlər qurulmalıdır”, - deyə baş nazir bildirib.

Hökumət başçısı nəqliyyat sahəsində son addımları da müsbət qiymətləndirib və erməni yükləri üçün Axalkalaki–Qars dəmir yolu marşrutu xəttinin açılması qərarına görə minnətdarlığını ifadə edib.

“Erməni mallarının həm ixracı, həm də idxalı üçün Axalkalaki–Qars dəmir yolu marşrutunun açılması qərarına görə təşəkkür edirik”, - deyə o qeyd edib.

Paşinyanın qiymətləndirməsinə görə, hazırda Ermənistan və Türkiyə arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur, lakin tam nəticə əldə etmək üçün əlavə səylərə ehtiyac var.

“Türkiyə ilə münasibətlərimizdə çox yaxşı dinamika mövcuddur və hazırda bundan məmnunuq. Lakin yekun irəliləyişə nail olmaq üçün bu dinamikanı davam etdirmək lazımdır. Mən diplomatik münasibətlərin qurulmasını və əlbəttə ki, sərhədin tam açılmasını nəzərdə tuturam”, - deyə baş nazir bildirib.

Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətnini ilkin olaraq razılaşdırıblar və indi onun imzalanmasına keçmək lazımdır.

“Azərbaycana gəldikdə isə bildiyiniz kimi, bizim ilkin razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.

Baş nazir regional siyasətin ən mühüm istiqamətlərindən biri kimi Ermənistan hakimiyyətinin bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyətli hesab etdiyi “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsini göstərib.

Paşinyanın sözlərinə görə, bu layihənin reallaşdırılması regionun iqtisadi və nəqliyyat arxitekturasını köklü şəkildə dəyişə bilər.

“‘Sülh Kəsişməsi’ layihəsinin həyata keçirilməsinə mümkün qədər tez başlamaq lazımdır. Bu layihə bütün regiondakı vəziyyəti əsaslı şəkildə dəyişə bilər”, - deyə o bildirib.

Baş nazir vurğulayıb ki, söhbət yalnız iqtisadi əməkdaşlıqdan deyil, həm də uzun illər davam edən təcrid və blokada məhdudiyyətlərinin aradan qaldırılmasından gedir.

“Bu layihə böyük əhəmiyyət daşıyır, çünki regionumuzun blokadadan çıxması deməkdir. Bu, həqiqətən də çox vacib xəbərdir. Belə ki, regionumuz dalandan çıxaraq yolların və imkanların kəsişdiyi məkana çevrilir”, - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu cür təşəbbüslərin həyata keçirilməsi regionun bütün dövlətləri üçün yeni inkişaf imkanları yarada və uzunmüddətli sabitlik mühitini gücləndirə bilər.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq bütün 2005 seçki məntəqəsində səslər sayılıb. Səslərin 100% işlənməsindən sonra partiyaların yekun səs faizləri belə formalaşıb:

- "Vətəndaş müqaviləsi" Partiyası (Nikol Paşinyan) – 49,81%
- "Güclü Ermənistan" bloku (Samvel Karapetyan) – 23,29%
- "Ermənistan" bloku (Robert Köçəryan) – 9,94%
- "Çiçəklənən Ermənistan" Partiyası (Qaqik Tsarukyan) – 4%

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian