İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı
İran cəmiyyətində ABŞ-la davam edən hərbi qarşıdurma fonunda daxili parçalanma əlamətləri müşahidə olunmur.
TASS xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lərlə Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov deyib.
Onun sözlərinə görə, artıq iki aydır davam edən münaqişəyə baxmayaraq, ölkə daxilində vəziyyət sabit olaraq qalır. Senator qeyd edib ki, İran qədim sivilizasiyaya malik olmaqla yanaşı, yüksək inkişaf etmiş mədəniyyətə və güclü təhsil sisteminə sahibdir. Xüsusilə mühəndislik sahəsində ciddi potensialın olduğu vurğulanıb.
A.Puşkov həmçinin İranın geostrateji əhəmiyyətinə diqqət çəkərək, ölkənin Hörmüz boğazına nəzarət etdiyini, güclü raket potensialına və inkişaf etmiş kəşfiyyat imkanlarına malik olduğunu bildirib.
Senator həmçinin Dubaydakı bir obyektə dron hücumu hadisəsini misal gətirərək zərbələrin dəqiqlik səviyyəsinə diqqət çəkib. Onun sözlərinə görə, dini amil, xüsusən də şiə ideologiyası cəmiyyətin möhkəmlənməsində mühüm rol oynayır.











