60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması

28 yanvar, 2026 14:53

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov dünən keçirdiyi mətbuat konfransında maraqlı rəqəmlər səsləndirib.

“Azsiyaset" "Azpolitika”-ya istinadla xəbər verir ki, H.Abbasovun xüsusilə də ölkədə 60 min aktiv vakansiyanın, yəni, boş iş yerinin olduğunu açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ondadır ki, “oxu atıb yayı gizlədən” agentlik sədri bu 60 min(!) boş iş yerinin hansı sahələrə aid olduğunu açıqlamayıb. Vətəndaşda isə haqlı olaraq sual yaranır ki, insanların işsizlikdən əziyyət çəkməsi, çox zaman fırıldaqçılıqla məşğul olan işəgötürmə firmaları tərəfindən aldadılması, iş üçün başqa ölkələrə üz tutması fonunda bu 60 min rəqəmi hardan çıxdı? Və əgər doğrudan da real olaraq bu qədər boş iş yeri varsa, nədən vətəndaşın bundan xəbəri yoxdur? Yaxud bu iş yerlərilə bağlı hansı şərtlər, hansı əməkhaqqı nəzərdə tutulur ki, onlar indiyə qədər boş qalıb? Təəssüf ki, agentlik sədri bu və digər suallara cavab verməyib, ya da ona bu barədə sual verən olmayı

Əslində, bu qədər boş iş yerinin olması bir neçə səbəblə bağlı ola bilər. Bunların arasında təklif ounan əməkhaqqının aşağı, iş şəraitinin isə ağır olması, vakant yerlərə uyğun ixtisaslı mütəxəssislərin olmaması və s. kimi səbəblər önə çıxa bilər. Təbii ki, başqa səbəblər də mümkündür. İstənilən halda, agentliyin belə bir rəqəmi səsləndirəndən sonra bununla bağlı ətraflı izahat verməsi və statistika açıqlaması zəruridir. Çünki bu qədər işsiz olan məmləkətdə 60 min boş iş yerinin olması və insanların bundan məlumatsız qalmasına, yaxud bu işlərlə təmin olunmamasına görə məsuliyyət daşıyanlardan biri də adı çəkilən agentlikdir. 

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?