Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

09 fevral, 2026 15:08

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən daha biri həbsdən azad edilib.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə belə qərar qəbul olunub.

Bu cinayət işi üzrə 5 nəfər - Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov, Zaur Qurbanov və Ceyhun Əşrəfov ittiham olunur. Onlardan Ceyhun və Cavid azadlıqda idi.

Bu dəfə isə cinayətin törədilməsində əsas fiqur hesab edilən Seymur Məhərrəmovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib.

Prokuror vəsatətə etiraz etsə də, zərərçəkmiş Quvat Beybutov Seymur Məhərrəmovun dəymiş ziyandan ödədiyini bildirərək onun azad edilməsinə etiraz etməyib. Hakim Zaur Hacıyev vəsatəti təmin edib. S.Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda Rüstəm Qafarov və Zaur Qurbanov həbsdə qalır. Digərlərindən fərqli olaraq onlar özlərini ümumiyyətlə təqsirli bilmirlər.

Proses təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib.

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb.

İş üzrə təqsirləndirilən şəxslərdən Ceyhun Əşrəfov tanınmış idmançı və keçmiş idman federasiyası prezidentidir.(qafqazinfo.az). 

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!