"Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...

24 mart, 2026 15:53

Yaxın Şərqdə artan gərginlik qlobal enerji marşrutlarının təhlükəsizliyinə diqqəti artırıb. Xüsusilə neftin əhəmiyyətli bir hissəsinin Hörmüz boğazından keçməsi beynəlxalq bazarlarda narahatlıq doğurur. Bu boğazın bağlanması halında isə dünya iqtisadiyyatında hansı dəyişikliklər baş verə bilər?

"Azsiyaset" xəbər verir ki, mövzu ilə bağlı azpolitika.az-a açıqlamasında sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, dünyanın ən böyük mayeləşdirilmiş qaz ixracatçılarından biri olan Qətər bu qazın ixracını əsasən Hörmüz boğazı vasitəsilə həyata keçirir. Bununla yanaşı, Çin də ixrac və idxal potensialını reallaşdırmaq üçün dəniz daşımalarının böyük hissəsini məhz bu boğaz üzərindən həyata keçirir.

Onun sözlərinə görə, Hörmüz boğazı orta sahibkarlıq subyektlərinin inkişafı baxımından da dünyada mühüm rol oynayır. Belə ki, iqtisadiyyatın əsasını təşkil edən tekstil, nəqliyyat vasitələri və avtomobil bazarının sabitliyi də müəyyən mənada bu marşrutdan asılıdır: “Yaxın Şərqdə baş verən gərginlik dünya iqtisadiyyatında ümumi nizamın və sistemin pozulmasına səbəb olub. Enerji qiymətlərinin artması istehsal sahəsində ciddi bahalaşmaya gətirib çıxaracaq. Nəticə etibarilə iqtisadiyyatın sərbəstliyi və planlaşdırılması çətinləşir. Məsələn, iri şirkətlərin 3 və ya 5 illik strateji planları mövcud gərginlik səbəbindən qeyri-müəyyən vəziyyətə düşür və büdcə planlaşdırması ciddi şəkildə çətinləşir”.

Ekspert vurğulayıb ki, əgər bu bazar uzun müddət  bağlı qalarsa, təsəvvür etmək çətin deyil ki, hansı nəticələr baş verə bilər: “Bu o deməkdir ki, dünyanın neft və enerji daşıyıcılarına ehtiyacı olan hissəsinin təxminən beşdə biri təminatsız qala bilər və enerji çatışmazlığı böhranı ilə üz-üzə qala bilər. Bu mənada dünya iqtisadiyyatının sistemi pozular və nəticədə bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olar”.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub