"Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı

06 aprel, 2026 12:34

Donald Trampın hərəkətləri və ritorikası təkcə beynəlxalq aləmdə deyil, ABŞ-nin özündə də çoxları tərəfindən böyük ikrah hissi və qıcıqla qarşılanır.

Xarici KİV-lər xəbər verir ki, bir zaman prezidentliyə namizəd olmuş, hazırda isə ABŞ-də ən tanınmış senatorlardan olan Berni Sanders Donald Trampın İrana ünvanladığı təhqiramiz çıxışını sərt şəkildə tənqid edib.

Senator Trampın xüsusilə Pasxa bayramı qeyd edilən gün İrana ünvanladığı bəyanatı əxlaqdan və mədəniyyətdən uzaq hesab edib: "Bu, təhlükəli və psixi cəhətdən qeyri-sabit bir adamın cəfəngiyyatıdır. Konqres İNDİ hərəkətə keçməlidir. Bu müharibəyə son qoyun", - deyə Sanders X sosial media platformasında yazıb.

Xatırladaq ki, Tramp 5 apreldə “TruthSocial” sosial media platformasında İrana müraciət edərək təhqiramiz formada Hörmüz boğazının açılmasını tələb edib.

"Çərşənbə axşamı İranda Elektrik Stansiyaları Günü və Körpü Günüdür. Heç kim buna bənzər bir şey görməyib!!! O “lənətə gəlmiş boğazı”(söyüşlə yazıb-red.) açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız - SADƏCƏ İZLƏYİN! Allaha həmd olsun", - deyə ABŞ prezidenti yazıb.

Şənbə günü Tramp Hörmüz boğazının açılmasını tələb edərək, o 48 saat ərzində açılmazsa, İranı "cəhənnəm"lə hədələyib.

Ancaq sonradan İranla daha 2 gün “möhlət verdiyini” bəyan edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz növbəsində vəziyyətin daha da gərginləşəcəyi təqdirdə bölgədəki düşmənlərinə "cəhənnəm qapılarını" açacağına söz verib.

 

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!