Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi
02 dekabr, 2025 13:12
Sərhədlərin açılması məsələsinə bir daha baxılsın.
Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, Azərbaycanda ictimai və dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur:
"Heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də sərhədlər açılmalıdır ki, Gürcüstandakı və İrandakı azərbaycanlılar öz vətənlərinə rahat gələ bilsinlər".











