Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times"
19 noyabr, 2025 13:33
Venesuela prezidenti Nikolas Maduro ABŞ-a iki-üç illik keçid dövründə istefa verməyi təklif edib.
Bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Maduro bu təklifi qeyri-rəsmi danışıqlar zamanı irəli sürüb.
Ağ Ev isə öz növbəsində Maduronun təşəbbüsünü rədd edib.
Bildirilib ki, Vaşinqton hazırkı prezidentin səlahiyyətlərini dərhal icra etməsini gözləyir.











