"Məscidlərdə monitorinqlər aparılmalıdır" - Suriyada təhsil almış deputat

08 iyun, 2022 15:21

“Azərbaycanda xaricdəki radikal qruplara simpatiyası olan şəxsləri daim nəzarətdə saxlamalıyıq. Məscidlərdə monitorinqlər keçirilməli, kəndlərdə, qəsəbələrdə olan həmin şəxslərin siyahısı hazırlanmalıdır”.

Bu sözləri bakupost.az -a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov İŞİD və bənzər təşkilatlara yaranan meyillərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu, dünya praktikasıdır: “Yerlərdə hüquq-mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq bölgələrdə olan nümayəndələri aktiv iş aparmalı və ayıq-sayıq olmalıdırlar. Bu gün azərbaycanlıların Suriyaya gedib döyüşdüyünü, onların övladlarının və həyat yoldaşlarının orada hansı məşəqqətlər çəkdiyini görürük. Ona görə də biz ölkə daxilində bu radikal qruplara simpatiyası olan şəxsləri daim diqqət və nəzarətdə saxlamalıyıq. Əvvəlki dövrlərdə bu şəxslərlə bağlı müəyyən monitorinqlər olub. Sadəcə bu prosesə nəzarəti daha da gücləndirməliyik. Burada dünya praktikası var. Bu proses daim diqqətdə saxlanmalıdır. Məscidlərdə monitorinqlər keçirilməli, kəndlərdə, qəsəbələrdə olan həmin şəxslərin siyahısı hazırlanmalıdır”.

C.Məmmədov bu növ qruplaşmaların gələcək hədəflərinin olduğunu düşünür: “Bu gün Azərbaycanda sabitlikdir. Amma bu qrupların gələcək məqsədləri, hədəfləri var. Düşünürlər ki, nə vaxtsa Suriya və İraqda etdikləri kimi mütəşəkkil formada ortaya çıxacaqlar. Ona görə də tədbirləri daha güclü və diqqətli formada aparmalıyıq. Bu şəxslərin sayının artıb-artmadığı ilə bağlı təhlillər aparılmalıdır. Regionlar üzrə dini xəritələr çıxarılmalıdır. Həmin insanların sosial şəbəkə hesabları, telefonları, ətrafdakı insanlarla münasibətləri izlənməlidir. Bununla bağlı son illər xeyli işlər görülüb. Amma hər zaman diqqətdə saxlamalıyıq ki, gələcəkdə bundan əziyyət çəkməyək”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycanda da İŞİD-ə simpatiyası olan insanlar var: “Onlar həm xaricdən, həm də daxildən idarə olunur. Din həssas məsələdir. Hər insan belinə qumbara bağlayıb özünü partlatmır, öz canına qıymır, amma bu qruplar bunu edir. Ona görə də ciddi inzibati işlər görülməli, maarifləndirmə aparılmalı, dini dəyərlər təbliğ olunmalı, din sahəsindəki problemlər aradan qaldırılmaldır. Dövlətin bu istiqamətdə çox yaxşı ənənə və təcrübələri var. Bu təcrübələri qorumalıyıq ki, gələcəkdə problem yaranmasın. Mən uzun müddət Suriyada təhsil aldım, həmin prosesləri təhlil etdim, hadisələrin hansı ardıcıllıqla getdiyini gördüm. Ona görə bu məsələlərə çox diqqətlə, operativ şəkildə yanaşmalıyıq. Gələcəkdə bizim üçün təhdid və təhlükə yarada biləcək proseslərin qarşısını indidən almalıyıq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR