Avropa Birliyi Gürcüstanı qapı arxasında qoydu...

18 iyun, 2022 18:51

Kp.ru: “Hamı başa düşür ki, bu, Tiflisin rusofob xoruya qoşulmadığına və anti-Rusiya sanksiyaları tətbiq etmədiyinə görə Avropanın cəzasıdır”

Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsini tövsiyə etməyib. Ukraynaya heç bir şərt olmadan belə bir statusun verilməsi tövsiyə olundu, Moldovaya bir sıra tələblər irəli sürdü, lakin onları da ümidlərinin kəsmədilər, Gürcüstana isə qapı arxasında “növbə verildi”. Gürcüstanın baş naziri İrakli Qaribaşvili sonadək ölkəsinin Avropa Birliyinə namizədliyinin təsdiqi üçün Moldova və Ukraynadan fərqlənmədiyinin sübut etməyə çalışması da səmərə vermədi.

Rusiya mediası idda edir ki, Gürcüstana bu münasibətin səbəbi demokratiyanın vəziyyətində və aparılan islahatların sayında deyil, Rusiyaya münasibətdədir.

“Hamı başa düşür ki, bu, Gürcüstanın rusofob xoruya qoşulmadığına, öz suveren mövqeyini saxladığına və anti-Rusiya sanksiyaları tətbiq etmədiyinə görə Avropanın cəzasıdır. Onlar heç bir şərt olmadan namizədlik statusunu ərazisində müharibə gedən Ukraynaya verməyə hazırdırlar, baxmayaraq ki, Kiyev söz azadlığı, şəxsi mülkiyyət və “sivil” dünyanın digər fundamental dəyərlərə qarşı elə addımlar atır ki, hətta bolşeviklər məzarlarında paxıllıqdan dişlərini qıcayarlar. Aİ praktiki olaraq etiraf etdi ki, İttifaqa daxil olmaq üçün əsas meyar təkcə siyasi loyallıq deyil, rusofobiyadır” deyə, kp.ru-nun təhlilində deyilir.

Bildirilir ki, Aİ-nin Gürcüstana münasibətində belə kardinal mövqe dəyişikliyi məhz Tiflisin Rusiya ilə münasibətlərdə daha balanslı siyasət yeritməyə başlamasından sonra baş verib:

“Tiflisin anti-Rusiya siyasəti üçün Saakaşvilinin yaratdığı açıq şəkildə qərbyönlü Vahid Milli Hərəkata, Gürcüstanda özünü hələ də suda balıq kimi hiss edən Sorosa və digər Qərb QHT-lərin çoxsaylı strukturlarına yüz milyonlarla dollar sərmayə qoyuldu. Hamısı birlikdə küçə etirazları təşkil edir, eyni zamanda, ayrılan maliyyə vəsaitlərini mütəmadi olaraq şəxsi mənafeləri üçün oğurlayırlar. Amma Qərb bu oğurluğa göz yumur. Eyni zamanda, Qərb böhrandan heç cür çıxa bilməyən Gürcüstan iqtisadiyyatına kömək etmək üçün heç nə etmədi”.

Nəşr yazır ki, Rusiya da Tiflislə münasibətləri normallaşdırmağa hazırdır ki, bu da Gürcüstan iqtisadiyyatının inkişafına stimul verə bilər:

“Qərbin onu saldığı Avroatlantik tələdən çıxarıb-çıxarmayacağı Tiflisdən asılıdır. Əsas vəzifəsi üçüncü ölkələrlə Moskva arasında daimi qarşıdurma yaratmaq olan Aİ Gürcüstanın “ağıllanması” və real olaraq bu tələdən qurtulması üçün əlindən gələni etdi. Sonrakı addımlar Gürcüstanın özündən asılıdır. Daha çox deyək, Rusiya həmişə dediyi kimi və indi də öz sözlərindən dönmür, Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırdır. Xarici siyasətdə davam edən rusofob təzahürlərinə baxmayaraq, Rusiya və Gürcüstan arasında çoxlu ümumi cəhətlər var - bu, məsələn, xristian dəyərlərinə sadiqlikdir. Xoşbəxtlikdən indi Gürcüstanda anti-Rusiya tarixinin intensivliyi müəyyən qədər azalıb. Kiyevin özü də buna öz “töhfəsini” verib, Tiflisi davamlı olaraq Ukraynaya qarşı müxtəlif növ günahlarda və “cinayətlərdə” ittiham etməkdə davam edir.”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR