Volkov Qarabağdan təcili Bakıya çağırılmalıdır

25 iyul, 2022 11:01

Ermənistan Azərbaycan ərazisində qalmış silahlı birləşmələrini çıxaracağına dair verdiyi vədə əməl etmir. 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında baş verən proseslər silahlı birləşmələrinin Qarabağda qalmaqda davam etdiyini, Ermənistan rəsmilərinin verdiyi açıqlamaların isə daha çox siyasi manipulyasiya məqsədi daşıdığını göstərir. Qeyd edək ki, iyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Gürcüstanda keçirilən görüşü zamanı silahlı birləşmələrin Qarabağdan çıxarılmasını tələb edib. Bundan bir gün sonra isə Ermənistan Milli Təhlükəsilzik Şurasının katibi Armen Qriqoryan qoşunların sentyabr ayına qədər Azərbaycan ərazisini tərk edəcəyini deyib. 

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri bölgədə fəaliyyət göstərdiyi üçün Ermənistan ordusunun Qarabağda qalmasına ehtiyac yoxdur. Ancaq Qriqoryan ikibaşlı mövqe nümayiş etdirib. O, bir tərəfdən Ermənistan ordusunun qalıqlarının Azərbaycandan çıxarılacağından danışsa da, sonrakı cümləsində bölgənin təhlükəsizliyini “Qarabağın özünümüdafiə ordusu”nun təmin edəcəyini deyib. Əslində, həm işğal dövründə, həm də ondan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazisində saxlamaq üçün onu “Qarabağ ordusu” kimi təqdim edib. Bu kontekstdə A.Qriqoryan Ermənistan silahlı birləşmələrinin “Qarabağın müdafiə ordusu” adı altında Azərbaycan torpaqlarında saxlanılmasını nəzərdə tutur. Onun silahlı birləşmələrin Azərbaycandan çıxarılacağına dair açıqlaması isə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndindəki öhdəılikləri yerinə yetirdiyinə dair görüntü yaratmaq məqsədi daşıyır. Halbuki Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin müavini Saakyan iyun ayında verdiyi açıqlamada Qarabağda hərbi xidməti başa vurmuş hərbi qulluqçuların “Qarabağ müdafiə ordusu”nda müqaviləli əsasla fəaliyyətini davam etdirəcəyini bildirmişdi. Bu isə Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində qaldığını təsdiq edir. 

İyulun 20-də Xocalıdan çəkilmiş videogörüntülərdə Ermənistan silahlı birləşmələrinin istehkam qurduğunu görmək olar. Azərbaycan Ordusu erməniləri bu təxribatdan çəkindirmək üçün havaya xəbərdarlıq atəşi açıb. Baş vermiş qanunsuz hərəkətlə bağlı Azərbaycan tərəfi sülhməramlı qüvvələrə məlumat versələr də, əraziyə gələn Rusiya hərbçiləri heç bir tədbir görməyiblər. Ona görə də bölgədə gərginliyin artmasında Ermənistanla yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətsizliyi də mühüm rol oynayır. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət”ə bildirib ki, Ermənistanın öz silahlı birləşmələrini Azərbaycan ərazisində saxlamaq üçün onları “Qarabağ müdafiə ordusu” kimi qələmə verməsi gözlənilən idi. Lakin diplomat hesab edir ki, yaranmış vəziyyətə görə sülhməramlı qüvvələr daha çox məsuliyyət daşıyır: 

“Ona görə də biz 10 noyabr Bəyanatının məzmununa qayıtmalıyıq. Sülhməramlı əməliyyat Azərbaycanın dəvəti ilə həyata keçirilir. Onların missiyası təhlükəsizliyi təmin etməkdir. Yəni onlar humanitar baxımdan baş verə biləcək problemlərin qarşısını almaqla məşğul olmalıdır. Amma ermənilər elə başa düşürlər ki, sülhməramlılar onlarla birlikdə təhlükəsizlik sistemi qurmalıdır. Nəticədə son hadisələr baş verir. Ermənistan silahlı birləşmələri və Azərbaycan Konstitusiyasına zidd olaraq yerli ermənilərdən təşkil olunmuş silahlı dəstələr birmənalı şəkildə ləğv edilməlidir. Təhlükəsizlik işini sülhməramlılar təşkil etməlidir. Qeyri-qanuni qurumların fəaliyyətinə icazə verilməməlidir. Ona görə də sülhməramlıların 10 noyabr Bəyanatına zidd olan fəaliyyəti qəbul edilə bilməz. Hazırkı mərhələdə ikinci Laçın yolu istifadəyə veriləcək və orada Azərbaycanın sərhəd-buraxılış məntəqələri quraşdırılmalıdır. Ermənistan vətəndaşlarının Qarabağa keçməsinin və orada hərbi xidmətinin qarşısı alınmalıdır. Sülməramlılar Azərbaycan Konstitusiyasına zidd olan istənilən fəaliyyətin həyata keçirilməsinə imkan verməməlidir. Hesab edirəm ki, Rusiya sülhməramlılarının komandanı Bakıya çağırılmalıdır. Onunla ətraflı söhbət aparılmalı, nəticəsi isə ictimaiyyətə açıqlanmalıdır. Yəni bu proses yarıqapalı və ya qapalı keçməməlidir. Azərbaycan ictimaiyyəti orada nə baş verdiyini, onlarla danışanda hansı tələblərin irəli sürüldüyünü bilməlidir. Rusiya sülhməramlıları hansı tələblərin icrasından imtina edirlər? Tərksilah prosesi hansı müddətdə və hansı mərhələlərdə baş tutmalıdır? Yoxsa ümumi söhbətlər 1 il 8 aydır gedir. Amma bizə konkret nəticə lazımdır. General Volkov gəlib Bakıda izahat verməlidir. Nə iş gördüklərini Azərbaycan ictimaiyyətinə çatdırmalıdır. Biz bu məlumatları erməni mətbuatından öyrənirik. Bu normal haldır? Halbuki sülhməramlıların Azərbaycan ərazisinə gəlməsinə biz şərait yaratmışıq. Bu baxımdan, onlara qarşı davranış qaydaları dəyişilməlidir”. 

Tofiq Zülfüqarov bildirdi ki, Azərbaycan ərazisindəki Ermənistan silahlı birləşmələrinin çıxarılmasını və sayını müəyyən etmək mümkündür:

“Beynəlxalq təcrübədə tətbiq edilmiş mexanizm var. Xorvatiyada olan təcrübəni tətbiq etmək olar. Eyni zamanda onların identifikasiya prosesi aparılmalıdır. Postlarda duran ermənilərin şəxsiyyəti, vətəndaşlığı müəyyən edilməlidir. Orada erməni postlarının olması qanunsuzdur. Əgər sülhməramlıların fəaliyyəti onların təhlükəsizliyini təmin etmirsə, Azərbaycan onlara kömək edə bilər. Ən aşkar mexanizm isə sülhməramlıların fəaliyyəti barədə məlumatın ictimaiyyətə açıqlanmasıdır. Necə olur ki, ermənilər bu sirri bilir, biz bilmirik? Bu qapalılıq kimə lazımdır? Azərbaycan Laçında post qurmaqla ermənilərin kimliyini və Qarabağa nə üçün gəldiyini müəyyən edə bilər. Sülhməramlılara konkret vaxt verilməlidir və tələb edilməlidir ki, bu müddət ərzində silahlı birləşmələr tərksilah olunsun. Burada çətin bir problem yoxdur. Çünki beş il ərzində bölgədə təhlükəsizliyə erməni yaraqlıları deyil, sülhməramlılar cavabdehdir. Ona görə də sülhməramlıların komandanı Volkov Bakıya çağırılmalı, görüşdən sonra mətbuat konfransı keçirilməli və Azərbaycan tərəfinin qaldırdığı məsələlər, görüləcək işlər barədə açıqlama verilməldir. Yəni sistemli iş görmək lazımdır. İndi məlum olub ki, ermənilər 6 ay bundan əvvəl silahlı birləşmələri çıxartmağa söz veriblər. Amma bunu ictimaiyyətə açıqlamayıblar. Axı bu proses niyə qapalı olmalıdır? Yəni iş üslubu dəyişməlidir. Əks təqdirdə, biz real nəticə əldə edə bilməyəcəyik”. 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI