Almaniya azərbaycanlı miqrantlara qarşı? - "156 nəfər elə də böyük rəqəm deyil"

26 iyul, 2022 18:31

Xəbər verdiyimiz kimi, Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib.

Bildirilib ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib.156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb.

Dövlət Miqrasiya Xidməti yanında Müşahidə Şurasının üzvü, miqrasiya məsələləri üzrə mütəxəssis Vidadi Fətullayev məsələyə belə aydınlıq gətirib.

“Gəlin, Almaniyanın indiki vəziyyətini fikirləşək ki, hazırda oraya neçə milyon ukraynalı qaçqın gəlib? Almaniya qanunların yüksək səviyyədə tətbiq olunduğu bir ölkədir. Oradan deportasiya olunanlar təkcə azərbaycanlılar da deyil. 

Miqrasiya qaydalarını pozan hansı əcnəbilər varsa, qaydalara uyğun rəftar etmirlərsə, onları qaldıqları müddətdə analizdən keçirirlər, yox, əgər alınmırsa da, ölkələrinə geri qaytarırlar. Lakin Almaniyanın cəmiyyətinə adaptasiya olunubsa, iş-güc sahibidirsə, dil öyrənibsə, o ölkənin qayda-qanuna əməl edirsə, o insanlar ölkə daxilinə inteqrasiya olunur”.

Mütəxəssis etiraf edib ki, əslində, bu dəqiqə Almaniyanın miqranta ehtiyacı var:

“Türkiyədən yüksək maaşla ən azı hava limanlarında işləmələri üçün neçə min işçi tələb ediblər. O cümlədən bizim ölkə, Qafqaz, Orta Asiya və digər yerlərdən gələn bütün mütəxəssisləri seçib götürürlər. Ancaq insanlar var ki, gedirlər oraya, 20-30 ildə bir şey edə bilmirlər, inteqrasiya olmağa cəhd etmirlər, özlərinə şərait qura bilmirlər, oranın qayda-qanunlarına alışmaqda çətinlik çəkirlər. 

Belə olan halda da o insanları təsbit edib göndərirlər. Nəzərə alaq ki, əgər Almaniyada 400 min azərbaycanlı yaşayırsa, 156 nəfər elə də böyük rəqəm deyil. Həmçinin, orada azərbaycanlılara qarşı hər hansı bir mənfi rəftarın olduğunu fikirləşmək də doğru deyil. Bu tendensiya əvvəlki illərdə də olub. Özü də bu il Ukraynadan daha çox miqrant gəlib deyə, onlar da lazımsız miqrantlardan qurtulmağa çalışırlar ki, məsrəflərdən azad olsunlar”.

Siyasi sığınacaq alan miqrantların məsələsinə də toxunan həmsöhbətimiz əlavə edib:

“Onu da deyim ki, dövlətlər arasında əlaqələr hər zaman mövcud olub. Əgər kimsə bir dövlətin qayda-qanunlarına qarşı çıxırsa, həmin dövlətin o şəxsi yaşadığı ölkədən tələb etmək hüququ var. Bu, təkcə bizdə deyil, hər ölkə bunu tələb edir. Biz də davamlı statistikalardan görürük: DİN və XİN açıqlamalar verir ki, hansı ölkədən kimisə ekstradisiya etdilər və s. Yəni o, sırf siyasi məsələ də deyil.

Əgər hansısa cinayət tərkibli fəaliyyət göstərən insanlar varsa, hə, ölkəsinin onu tələb etmək haqqı var”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR