İqtisadi proseslər hansı yöndə dəyişir? - Neft, manat, inflyasiya, FED...

02 yanvar, 2023 10:58

Geridə qoyduğumuz il qlobal iqtisadi böhran, bahalaşma, təlatümlər ili kimi tarixə həkk olundu. Bəs, artıq ikinci gününü yaşadığımız 2023-cü il bizə nə vəd edir, iqtisadi proseslər hansı yöndə dəyişəcək, gözləntilər nədir?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, bu il dünya iqtisadiyyatında  daralma olacaq.

N.Cəfərli Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı başda olmaqla, dünya ölkələrinin Mərkəzi Bankalarının uçot dərəcələrini kəskin şəkildə artırdıqlarını qeyd edib:​​​​​​​

"Bu da kredit faizlərinin artmasına səbəb olur. Kredit faizlərinin artması isə iqtisadi aktivliyə təsir göstərə bilər. Əgər geosiyasi gərginlik olmasaydı, ötən il ressesiya səbəbilə, neft  qiymətlərində kəskin ucuzlaşma olmalı idi.  Ancaq Rusiya-Ukrayna müharibəsi, bu müharibənin fonunda Rusiyaya tətbiq edilən sanksiyalar hətta ressesiya təhlükəsi olmasına baxmayaraq, neft qiymətlərinin aşağı düşməsinin qarşısını alan amilə çevrildi. Ona görə də, neftin qiymətində kəskin dəyişiklik gözlənilmir. Ən pis ehtimalla neftin qiymətlərinin 70-80 dollar civarında olacağını demək olar. Rusiya gələn il 700 min -1 milyon barel daha az neft satacaq. Bu da neft bazarında təklifin azalmasına səbəb olacaq. Ona görə də, neft qiymətlərində kəskin azalmanı gözləmək mümkün deyil. Bu da Azərbaycan üçün, Azərbaycan manatı üçün pozitivdir. Çünki manat kağız neftdir. Yəni manatın məzənnəsi neftin qiymətləri ilə birbaşa bağlıdır. Ona görə də, neftlə bağlı hansısa dəyişiklik manatın məzənnəsində öz əksini tapır.  Bir sözlə, neft qiymətləri yüksək qalsa, hətta 70-80 dollar civarında olsa, bunun manatın məzənnəsinə ciddi təsiri olmayacaq".

Onun sözlərinə görə,  2022-ci ilə nisbətən bu il Azərbaycanda infliyasiya daha aşağı olacaq:

"2022-ci il ən yüksək infliyasiya göstəriciləri ilə yadda qaldı. Azərbaycanda ərzaq infliyasiyası rəsmi rəqəmlərə görə 20 faizi keçərək 21-22 faiz civarında oldu. Bu rəqəmlərə nisbətən bu il daha az infliyasiya görə bilərik.  Ancaq yenə də ərzaq infliyasiyası ikirəqəmli olacaq. Bu rəqəm 22-23 faiz olmayacaq. Ərzaq infliyasiyası bu il 10,11, 12 faiz civarında ola bilər. Əslində, bu rəqəmlər də özlüyündə yüksəkdir. Bu gün əhalini maraqlandıran əsas məsələ ərzaq infliyasiyası ilə bağlı məsələdir. Buna görə də, hökümət ərzaq infliyasiyasının qarşısını almaq üçün daha başqa addımların atılmasına da çalışmalıdır. Dünya bazarlarına istinad edib əlimizi, qolumuzu bağlaya bilmərik. Hökumət məsələyə həmişə "dünya bazarında qiymət artdığı üçün bizdə də qiymət artır" tezisi ilə yanaşır. Bu həqiqət olsa da, insanlar başqa addımlar gözləyir. Bu mənada atıla biləcək ən effektiv addım aylardır təklif etdiyimiz ərzaq məhsullarında  ƏDV-nin azaldılması proqramı ola bilər. ƏDV-nin 18 faizdən 2 faizə endiriliməsi ərzaq infliyasiyasının qarşısını kəsəcək ən stimullaşdırıcı addım ola bilər".

Natiq Cəfərli FED-in bu il atacağı addımlarla bağlı da danışıb:

"FED-in ilkin vəzifəsi infliyasiyanı aşağı salmaqdır. Ona görə də FED iqtisadi daralma (ressesiya) hesabına belə, ilk növbədə infilyasiyanı cilovlamaq istəyir. Ona görə də, bu ilin ilk iki toplantısında yenə faiz artımı görəcəyik. Mart ayından aprel ayına kimi iki toplantı olacaq. Bu zaman 0.25 bəndlik  faiz artımı olacaq. Hədəf olaraq uçot dərəcəsini 4.75, 5.25 bəndinə qədər artırmaqdır.  İnfliyasiya zəifləməyə başlayandan sonra FED iqtisadiyyatı dəstəkləmək üçün stimullaşdırıcı addımlar ata bilər. Gələn ilin sonuna qədər bunu gözləmək əbəsdir. Çünki faiz artandan sonra 6-8 ay keçməlidir ki, faizlər  infliyasiyanı aşağı çəkə bilsin. Ancaq bundan sonra  FED  stimullaşdırıcı addımlar ata bilər. Bu da ən yaxşı halda gələn ilin son rübünə təsadüf edə bilər".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR