İki yaşlı MEDİA - Nələr dəyişdi, nələr əldə etdik?

12 yanvar, 2023 17:11

Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasından iki il keçir. İki il tarix baxımından qısa müddət olsa da, Azərbaycan mediası adına böyük səlnamənin də başlanğıcı oldu. Çünki MEDİA yaradılmayana, ümumiyyətlə bu sahə ilə işləyən kadrlar dəyişdirilməyənə qədər mediamız “dəfn edilmiş”, nə ölkə, nə də beynəlxalq ictimai rəydə heç bir təsirə malik olmayan vəziyyətə düşmüşdü. Xüsusilə peşəkar jurnalistlərin sıradan çıxarılması, ön plana qeyri-peşəkarların çıxması acınacaqlı vəziyyət yaratmışdı.

Nəhayət, Prezident İlham Əliyevin təşəbbüsü ilə media sahəsində də cidi islahatlara başlandı. Dövlət başçısının 12 yanvar 2021-ci il tarixində imzaladığı “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla medianın yeni dövrü başlandı. 

İslahatların mediadakı effektini 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. İstər həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, istər daxili auditoriyanın informasiya ilə təminatı, istərsə informasiya təxribatlarının qarşısının alınması baxımından mediamız tarixi missiya həyata keçirə bildi. Əslində bu potensial həmişə mövcud idi, lakin mövcud potensialdan istifadə üçün şərait yox idi, daha doğrusu şəraitin qarşısı alınmışdı. Dövlətin media ilə münasibətlərini tənzimləyən yeni kadrların üzərlərinə düşən işi peşəkar və vicdanlı şəkildə icra etməsi müsbət nəticələrin əldə edilməsinə gətirib çıxardı. 

MEDİA sözün həqiqi mənasında jurnalistikamıza yeni nəfəs verdi, peşəkar jurnalistlərə maneə törədən yox, dəstək verən, önünü açan qurum olduğunu ispatladı. Ötən iki il ərzində MEDİA-nın fəaliyyətinə nəzər yetirdikdə bunu əminliklə deyə bilərik.

MEDİA Agentliyi və qurumun rəhbərliyi hər şeydən öncə peşəkar mediaya işləmək şəraiti yaratdı. Əvvəlki dövrdən qalan oliqarxlaşmış sistem sıradan çıxarıldı, xüsusilə dövlətin ayırdığı dəstəyin ədalətli şəkildə bölünməsi ilə media sektorunun inkişafını stimullaşdırdı. Sirr deyil ki, əvvəllər dövlət dəstəyi yalnız bir qrup “imtiyaz” sahiblərinə ayrılırdı və bu, həm peşəkar medianın sıradan çıxmasına, həm də oliqarxlaşmış sistemin “çiçəklənməsinə” zəmin yaratmışdı. MEDİA bu iki ildə məhz problemi kökündən həll etdi. Onlyan mediaya maliyyə yardımının ayrılması zamanı imkanı az, potensialı böyük olan saytlara üstünlük verilməsi təkcə ədalətin bərpası yox, həm də bu peşəkarlaşmaq baxımından əhəmiyyətlidir. Ötən iki il müddətində Azərbaycan mediasındakı mənzərəyə baxanda bunu daha aydın görmək olur. Maliyyə imkanı az, potensialı böyük olan media resurslarının dəstəklənməsinin nəticəsidir ki, bu gün informasiya sektorunda müsbətə doğru ciddi dəyişikliklər var.

Bununla yanaşı, MEDİA-nın yaradıcılıq məsələlərinə müdaxilə etməməsi ən böyük xidmətlərdən hesab oluna bilər. Çünki əvəllər jurnalistin işinə birbaşa müdaxilə cəhdləri var idi ki, bu da inkişafın önündəki ən böyük əngəllərdən idi. MEDİA isə ayrılan vəsaitin doğru xərclənməsinə nəzarət edir, daha jurnalistin işinə müdaxilə etmir.

Vəsaitlərin doğru xərclənməsinə edilən nəzarətin nəticəsidir ki, Azərbaycan mediasında onilliklərdir həll olunmayan problem aradan qaldırılır. Söhbət jurnalistlərin sosial müdafiə təminatı olmadan işlədilməsindən gedir. Agentliyin maliyyə yardımı ayırdığı media resursları qarşısında əsas tələblərindən biri  məhz əməkdaşlarının rəsmi maaş almasını təmin etməkdir. Bu, media tariximizdə yeni mərhələnin başlanğıcının əyani nümunələrindən biri hesab edilə bilər. Təbii ki, bu kimi amillər jurnalistlərin peşəkarlaşmasına da töhfə verir.

MEDİA-nın ən böyük xidmətlərindən biri də “Media haqqında” qanunun qəbul edilməsidir. Bununla mediamızda uzun illər mövcud olan xaosun aradan qaldırılmasına nail olundu. Çünki ötən əsrdə qəbul edilmiş qanun nə dövrün tələbinə, nə də dövrün əsas trendi olan onlayn mediaya uyğun deyildi və əlinə smartfon alan istənilən şəxsin jurnalistika ilə məşğul ola bilməsi, eləcə də “reket jurnalistikanın” çiçəklənməsi üçün münbit şərait var idi. “Media haqqında” qanunun qəbulu ilə bu problemlərə qarşı immun sistemi formalaşdırıldı, onlayn medianın tənzimlənməsinə start verildi. Bu da özülüyündə qeyri-peşəkarlığın qarşısını alınmasına xidmət edir.

MEDİA Reyestrinin yaradılmasını da peşəkarlaşma prinsipi baxımından əhəmiyyətli addım hesab edə bilərik. Bu, həm də media sektorunun əziyyətini çəkən jurnalistlərin gələcək təminatı məsələsində də mühüm məsələdir. Təsadüfi deyil ki, MEDİA-nın təkliflərindən sonra Prezident İlham Əliyev jurnalistlərə güzəştəli ipotekanın verilməsi haqda Fərman imzaladı. Bu fərmanla gənc ailənin üzvü olan, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də gənc ailə olmayan, lakin ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka şərtlərindən yararlana bilər. Bununla media sahəsində çalışan hər kəs şərtlərə uyğun mənzil sahibi ola biləcək. 

Təbii ki, bunu MEDİA-nın yaradılmasından ötən iki il ərzində ən mühüm uğurlardan biri hesab etmək mümkündür. Çünki media sahəsində onilliklərdir mövcud olan problemin həlli yolu tapıldı. Əslində bunu tapmaq çətin deyildi, sadəcə olaraq, məsələ dövlətin bu sahə üzrə siyasətini icra edən kadrların kimliyində, iş prinsipi və vicdanlı olmasındadır. Agentlik və rəhbərliyi bu məsələdə örnək oldular.

Yekun olaraq bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. İki il ərzində MEDİA Agentliyi sözün həqiqi mənasında jurnalistikamıza yeni nəfəs gətirdi, istər yaradıcılıq mühitinin dəstəklənməsi, istər texniki problemlərin həlli, istərsə jurnalistlərin problemlərinin həll edilməsi baxımından. Amma fikrimcə ən böyük xidmət mediamızın məhv edilən nüfuzunun özünə qaytarılmasıdır. MEDİA son iki ildə məhz buna nail olmaqla media sahəsinin gələcəyini də təmin etdi.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"