"MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb"

29 oktyabr, 2024 16:09

Məlum olduğu kimi, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabr ayının 23-də keçirilib.

Seçki Məcəlləsinin 211-ci maddəsinin tələbinə görə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir və bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır. 

Qanunun tələbindən belə görünür ki, bu ilin dekabr ayının sonunda Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilməlidir. 

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən araşdırmaçı-jurnalist Allahverdi Aydın bildirir ki, Seçki Məcəlləsinin 8.1-ci maddəsinə görə seçkilərin təyin edilməsi haqqında qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilməlidir:

“Bələdiyyə seçkilərinin keçirilməsiylə bağlı müvafiq qərar Mərkəzi Seçki Komissiyası tərəfindən verilir. Mərkəzi Seçki Komissiyası 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində müvafiq qərarı 66 gün əvvəl – oktyabr ayının 18-də verib. Lakin, hazırda bələdiyyələrin səlahiyyət müddətinin başa çatmasına 55 gün qalmasına baxmayaraq Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı qərar qəbul etməyib. Bu isə qeyd etdiyimiz kimi Seçki Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə ziddir”.

Allahverdi Aydın bildirir ki, Seçki Məcəlləsində bələdiyyə seçkilərinin hansı hallarda təxirə salına biləcəyi açıq şəkildə yazılıb:
“Qanunun tələbinə görə seçkilərdə namizəd olmadığı hallarda seçki təxirə salınır. İndiki halda Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı qərar belə verməyib. Əvvəlki illərdə heç vaxt bu cür hal qeydə alınmayıb. Bu il ilk dəfədir ki, Seçki Komissiyası seçki ilə bağlı müvafiq qərarı vaxtında vermir. Belə görünür ki, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb”

Xalid Ağalıyev: “Cavabı olmayan suallara da seçki qurumu aydınlıq gətirməlidir”

Hüquqşünas Xalid Ağalıyev isə Yeniavaz.com-a açıqlmasında qeyd edib ki, seçkilərin təyin edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul edilməlidir:

“Qanunvericiliyə görə, bu qərarlar səsvermə günündən azı 60 gün əvvəl verilməlidir. Hazıda belə qərar qəbul edilməyib. Halbuki, son bələdiyyə seçkilərinin 5 il əvvəl dekabr ayının 23-də keçirildiyini nəzərə alsaq, azı bir həftə əvvəl belə bir qərar verilməli idi.

Qanunvericilikdə qeyd edilən müddət çərçivəsində seçki qərarı verilmədiyi hallarda nələrin baş verəcəyinə dair dəqiq göstəriş yoxdur. Onu qeyd etmək olar ki, qanunvericilik bələdiyyələrin səlahiyyət müddətinin 5 il olduğunu elan edir. Eyni zamanda müəyyən edir ki, bələdiyyələrin səlahiyyət müddəti səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.
Qanunvericiliyə görə, digər seçkilər kimi bələdiyyələrə də seçkilərin müəyyən edilmiş müddətdə keçirilməsi məcburidir. İstisna durumlar ola bilər – ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edilən zaman, belə vəziyyətin ləğv edilməsindən sonrakı 3 ayda seçkilər keçirilə bilməz. Eyni zamanda bələdiyyə seçkiləri təxirə də salına bilər, ancaq bu qayda artıq təyin edilmiş seçkilərə yönəlikdir. Yəni, seçki elan edilir, gərəkli sayda namizədlər qeydə alınmır, o zaman bələdiyyə seçkiləri 2 aya qədər təxirə salına bilər. Hazırda belə durum mövcud deyil.

Ölkə ərazisində bütün seçkilərin hazırlanmasına və keçirilməsinə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır. Komissiya bələdiyyə seçkilərinin qanunvericiliyə uyğun şəkildə keçirilməsini təmin etməlidir. Hazırkı situasiyada cavabı olmayan suallara da seçki qurumu aydınlıq gətirməlidir”.

Onu da bildirək ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından münasibət öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətinin rəhbəri telefon zənglərimizə cavab vermədi.

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi