Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirəyə çıxarılır

29 oktyabr, 2024 16:14

Oktyabr ayının 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Cenevrə ofisində “İnkişaf naminə minatəmizləmə” adlı tədbir keçirəcək.

Bu barədə BAMF prezidenti Umud Rəhimoğluna istinadən xəbər verir.

Tədbir BAMF-ın Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsinin (OHCHR) 2024-cü il Sosial Forumu daxilində keçiriləcək. BAMF prezidenti Umud Mirzəyev tədbirin təşkilatçıları və müzakirə olunacaq məsələlərdən danışıb:

“BAMF ilə yanaşı “Sülhün kökləri” (Roots of Peace)” və Beynəlxalq Hüquq və İnkişaf İnstitutu (IRDG) təşkilatlarının ev sahibliyi ilə baş tutacaq tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsi təşəbbüsü və minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsirindən danışılacaq.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsinin də iştirak edəcəyi müzakirələrdə BMT agentliklərinin, minaların, silahların, nüvə silahlarının qadağan olunması üzrə beynəlxalq kampaniyaların, mina aksiyası və insan hüquqlarının qorunması çərçivəsində çoxillik təcrübəyə malik dünyanın aparıcı təşkilatlarının nümayəndələri təmsil olunacaq.”

Qeyd edək ki, layihənin əsas məqsədi minaların insan sağlamlığına və təbiətə vurduğu ziyanlara, xüsusən qlobal sülh və inkişaf üçün yaratdığı maneələrə dair unikal çağırışlara və BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG/DİM) kimi mina probleminin müəyyən edilməsi təşəbbüsünə dəstək verməkdir.

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi